• $
  • £

Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
27.02.2019 15:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 27-də Goranboy rayonunda vətəndaşları qəbul edib.

Anews.az xəbər verir ki, qəbulda Goranboy, Gəncə, Naftalan, Şəmkir rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Müraciətlər, əsasən, mənzil, məşğulluq, vahid aylıq müavinət, statusun verilməsi və digər məsələlərlə bağlı olub. Vətədaşların müraciətləri dinlənilib, onlara geniş izahat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək, bu kateqoriyadan olan vətəndaşlara dövlət qayğısını artırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Belə şəxslər üçün vahid aylıq müavinətin məbləğinin aprelin 1-dən 50 faiz artırılması barədə qərar bu qayğının növbəti bariz təzahürüdür. Məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli də diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına əsasən, bu il 6-7 min məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması nəzərdə tutulub. Müvəqqəti məskunlaşdıqları bina və tikililər qəzalı vəziyyətdə olan, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin birinci mərhələdə yeni mənzillərə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı icra edilir. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər məsələlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də önəmli yer tutur. 
Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə yaşayış binasında yanğın baş verib
Cəmiyyət 09:09
Binəqədidə yaşayış binasında yanğın baş verib
Bu ərazidə 3 saat işıq olmayacaq
Cəmiyyət 08:50
Bu ərazidə 3 saat işıq olmayacaq
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Tiktoker "Qarabəy" həbs edildi
Cəmiyyət 20:26
Tiktoker "Qarabəy" həbs edildi
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol