• $
  • £

"Atamdan heç bir xəbər yoxdur" - Kəlbəcərli girovların erməni diversanta dəyişdirilməsi təklifi

28.02.2019 17:27
Beş ilə yaxındır erməni girovluğunda saxlanılan kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi yenidən aktuallaşıb. Fevralın 26-da BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer ilə görüşü zamanı girovlarımızı müzakirə edib. Nazir onların azadlığa buraxılmasının vacibliyini ön plana çəkib.

Bu arada, fevralın 27-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror törətməyə cəhd göstərən erməni diversant Karen Kazaryana hökm oxunub. O, 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu qərardan dərhal sonra erməni diversantla erməni əsirliyindəki girovlarımızın dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib.

Anews.az  musavat.com-a istinadən D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından uzun zamandır xəbər ala bilmədiklərini söylədi: "Artıq 2017-ci ilin noyabr ayından atamla əlaqələrimiz tamam kəsilib. Qırmızı Xaç Komitəsi onlara mütəmadi olaraq baş çəksə də, Şahbazdan video, məktub gətirsələr də, atamdan nə məktub, nə də video gətiriblər. Artıq 1 il 4 aydır atamdan heç bir xəbər yoxdur. Mən də təklənmişəm, tək mübarizə aparıram. Tək əldən də səs çıxmır. Karen Kazaryan Azərbaycanda terror törətmək istəyirdi və bu cinayətinə görə də 20 il cəza aldı.

Bəs atam və Şahbazın günahı nə idi ki, biri ömürlük, digəri də 22 il cəza aldı. Öz doğmalarının qəbrini ziyarət etmək günahdırmı? Əgər qəbir ziyarət etmək günahdırsa, o zaman dünyadakı bütün insanlar günahkardır. Hansı səbəbdəndirsə, Avropa İnsan Haqları Məhkəməsi işə baxmır. Artıq 4 ildir müraciət etmişik. Atam və Şahbazın azadlığa buraxılması üçün bir gözəl yol var. O yol da torpaqlarımızın azad edilməsi üçün döyüşə atılmaqdır. Cənab prezident döyüş əmri versə, Azərbaycan ordusunun şir ürəkli əsgərlərinin, şəxsən mənim də iştirakımla nəinki atamı və Şahbazı, digər əsirlərimizi də uzağı bir ayın içərisində xilas edərik”.


Girovlarımızın azadlığı üçün təqdirəlayiq işlər görən Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov AŞ PA-nın yaz sessiyasında bu məsələni yenidən gündəmə gətirəcəklərini bildirdi: "Azərbaycanlı girovlarla bağlı məsələ hər zaman Azərbaycanın gündəmindədir. Zaman-zaman bu barədə ictimaiyyətə məlumat verilir. Lakin prosesin bütün detalları barədə geniş ictimaiyyətə açıqlama vermək məqbul sayılmır. Azərbaycan dövləti, konkret olaraq, Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası girovlarımızın tez bir zamanda Azərbaycana təhvil verilməsi istiqamətində intensiv işlər aparır. Bu günlərdə xarici işlər nazirimiz Elmar Məmmədyarov da bu məsələni bir daha gündəmə gətirib. Vətəndaş cəmiyyəti olaraq, bizlər də girovların azadlığa buraxılması, ”Hamının hamıya" prinsipi ilə erməni diversantlarla dəyişdirilməsi məsələsi üzərində iş aparırıq. Beynəlxalq təşkilatlar vasitəsilə Ermənistan tərəfinə təzyiqlər göstərilməsinə nail olmağa çalışırıq. Onu da qeyd edim ki, bütün işlər paralel olaraq və koordinasiyalı şəkildə həyata keçirilir.


Prosesin müəyyən konspirativ tərəfləri var ki, hazırda detalları açıqlamaq məqsədəuyğun olmaz. Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesinin yekunlaşması və Azərbaycanda terror aktları törətməyə cəhd edən Ermənistan vətəndaşı, bu ölkənin silahlı qüvvələrində həqiqi hərbi xidmət keçən kəşfiyyatçı Karen Kazaryan 20 il azadlıqdan məhrum edilib ki, onun da cinayət əməlləri tam sübuta yetirilib. Düşünürəm ki, bütün bunlar prosesləri bir qədər də sürətləndirəcək və Ermənistan hökuməti nəhayət ki, girovlar məsələsində adekvat addım atacaq. Bu məsələnin ilin birinci yarısında öz həllini tapacağına inanıram. Apreldə Strasburqda AŞ PA-nın yaz sessiyasında bu məsələni bir daha gündəmə gətirəcəyik".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol