• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

Azərbaycanda zəlzələlərin baş verməsinin SƏBƏBİ

Azərbaycanda zəlzələlərin baş verməsinin SƏBƏBİ
04.10.2014 12:25

“Fevralın 10-da Hacıqabul rayonu ərazisində baş verən zəlzələ Azərbaycanda olan digər zəlzələ ocaqlarını oyadıb. Son günlər Qəbələ rayonu ərazisində baş verən zəlzələlər də bunun nəticəsidir”.

ANN.Az xəbər verir ki, bunu Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişli deyib ki, Qəbələdə sentyabrın 29-da baş verən zəlzələlər (maqnitudası 5,4, dərinliyi 10 km olan zəlzələ hiss olunub) nəticəsində hələ ki, avtoşoklar davam edir: “Sentyabrın 29-dan bu günə qədər həmin ərazidən 80-dən artıq avtoşoklar qeydə alınıb. Düzdür, son iki gündə avtoşoklar dayanmışdı. Bu gecə qeydə alınan avtoşok ən güclüsü idi”.Onun sözlərinə görə, qeydə alınan zəlzələlərin dərinliyi az olduğu üçün daha qabarıq hiss olunur.Q.Yetirmişli bildirib ki, ölkə ərazisində və Xəzər dənizində seysmoloji aktivliyin artması barədə yayılan söhbətlər həqiqətə uyğun deyil.Qeyd edək ki, bu gecə və səhər Qəbələdə və Şəkidə zəlzələ baş verib.Azərbaycan Milli Elmlər Akadmeiyasının (AMEA) Respublika Seysmoloji mərkəzindən Trend-ə bildiriblər ki, bu gün yerli vaxtla saat 09:59:33-də Qəbələdən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb.Yerin 5 km dərinliyində baş verən zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bala qədər hiss olunub.Xatırladaq ki, bu ilin fevralın 10-da yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınmışdı. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olmuşdu. Baş vermiş zəlzələnin ocağında ən azı son 40 il ərzində elə güclü zəlzələ baş verməyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qubada insan sümükləri tapılıb
Cəmiyyət 19:05
Qubada insan sümükləri tapılıb
Sabah Zabratda qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah Zabratda qaz olmayacaq
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib
Cəmiyyət 17:19
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib
Yağıntılı hava şəraiti davam edir -FAKTİKİ HAVA
Cəmiyyət 17:08
Yağıntılı hava şəraiti davam edir -FAKTİKİ HAVA
Kəlbəcərdə beton qarışdıran maşın aşıb
Cəmiyyət 16:24
Kəlbəcərdə beton qarışdıran maşın aşıb
Lənkəran-Astara Təhsil İdarəsi bu dəfə uşaq mərkəzinə üz tutmağa hazırlaşır - Şikayət
Cəmiyyət 16:23
Lənkəran-Astara Təhsil İdarəsi bu dəfə uşaq mərkəzinə üz tutmağa hazırlaşır - Şikayət
Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki dəyişir
Cəmiyyət 16:04
Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki dəyişir
Bakı metrosunun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır
Cəmiyyət 15:51
Bakı metrosunun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır
"Green Card" müraciətipullu olub
Cəmiyyət 15:43
"Green Card" müraciətipullu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol