İlham Əliyev fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Belarus Respublikasının Məhkəmə Ekspertizaları Dövlət Komitəsi arasında məhkəmə ekspertizası fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Belarus Respublikasının Məhkəmə Ekspertizaları Dövlət Komitəsi arasında məhkəmə ekspertizası fəaliyyəti sahəsində əməkdaşlıq haqqında 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1478-VQD nömrəli Qanununun tətbiqi və "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 11, maddə 1312; 2016, № 4, maddə 675, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci‒səkkizinci abzaslar, müvafiq olaraq, 2.1‒2.7-ci bəndlər hesab edilsin;
3.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"2.1. "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;
3.3. 2.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:
"2.8. həmin Qanunun 29-cu maddəsində "qurum” dedikdə Azərbaycan Mətbuat Şurası nəzərdə tutulur.”.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426, № 9, maddə 851, № 12, maddə 1248; 2013, № 9, maddə 1063; 2014, № 9, maddə 1033; 2016, № 2 (II kitab), maddə 236; 2017, № 3, maddə 383, № 10, maddə 1782, № 11, maddə 2022; 2018, № 5, maddə 971) ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
"2.3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinləri;”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”ndə və 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 198) ilə təsdiq edilmiş "Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.4-cü bənddə "tələbə qəbulu planı” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulu” sözləri ilə əvəz edilsin;
1.2. 5.4-cü bənddə "tələbə qəbulu planının” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunun” sözləri ilə əvəz edilsin;
1.3. 7.6-cı bənddə "tədris” sözü "təhsil” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1795) ilə təsdiq edilmiş "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 5.9-cu bəndində "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə qəbulu” sözləri ilə əvəz edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli və "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1467; 2018, № 4, maddə 687) ilə təsdiq edilmiş Əlavə № 4 – "Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.1-ci bəndə "məktəbəqədər” sözündən əvvəl "dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;
1.2. 4.2-ci bəndə "ümumi” sözündən əvvəl "dövlət ümumi təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.
2. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci hissədə "tibb təhsili üzrə əsas təhsil” sözləri "əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində "tibb təhsili üzrə əsas təhsil” sözləri "əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin.
3. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2086) 2.3.3-cü yarımbəndində "ali təhsil müəssisələrinin magistraturalarına” sözləri "magistraturaya (rezidenturaya)” sözləri ilə əvəz edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ADA” Universitetinin Nizamnaməsi”ndə, 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə və 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 522 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "ADA” Universitetinin Nizamnaməsi”nin 4.4-cü və 4.5-ci bəndlərində "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.6-cı bənddə "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin;
2.2. 9.3-cü bənddə "tədris” sözü "təhsil” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 381; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 790, 802, № 7, maddə 1367) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 5.7-ci bəndində "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə qəbulu” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699) ilə təsdiq edilmiş "Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4.3-cü bənddə "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin;
4.2. 8.3-cü bənddə "tədris” sözü "təhsil” sözü ilə əvəz edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli və "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2012-ci il 9 mart tarixli 596 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.10-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"8.10-1. təhsil proqramlarını, tədris planlarını və proqramlarını təsdiq edir;”;
1.2. 8.16-cı bənddə "və internat məktəbləri” sözləri ", ümumtəhsil internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
1.3. 8.17-1-ci bənddə "qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edir” sözləri "maarifləndirmə tədbirləri həyata keçirir” sözləri ilə əvəz edilsin;
1.4. 8.17-2-ci bənddə "ümumi təhsil müəssisəsində” sözləri "təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;
1.5. 8.36-cı bəndə "attestasiyasını” sözündən sonra "(dövlət ümumtəhsil müəssisələrində – sertifikatlaşdırılmasını)” sözləri əlavə edilsin.
2. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 mart tarixli 596 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 197) 2.3-cü bəndi ləğv edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Dövlət gənclər siyasəti haqqında” 1999-cu il 29 iyul tarixli 169 nömrəli, "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 2010-cu il 10 fevral tarixli 220 nömrəli və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431; 2001, № 7, maddə 459; 2007, № 5, maddə 459; 2010, № 2, maddə 80; 2017, № 5, maddə 802) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nın VI bölməsinin 4-cü hissəsinin "Tədbirin adı” sütununda "Uşaq yaradıcılıq” sözləri "Yaradıcılıq və inkişaf” sözləri ilə əvəz edilsin.
2. "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 84; 2014, № 5, maddə 477, № 12, maddə 1564; 2015, № 5, maddə 527; 2016, № 8, maddə 1384; 2017, № 5, maddələr 785, 801, 831) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.2-ci bənddə "tibb təhsili üzrə əsas təhsil” sözləri "əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;
2.2. 4.3-cü bənddə "tibb təhsili üzrə əsas təhsil” sözləri "əsas (baza ali) tibb təhsili” sözləri ilə, "tələbə qəbulunun planını” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.12.3-cü və 3.12.4-cü yarımbəndlərdə "xüsusi uşaq bağçaları” sözləri "sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
3.2. 4.6.15-ci yarımbəndə "ümumtəhsil internat məktəblərinə,” sözlərindən sonra "inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinə,” sözləri əlavə edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə, 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə və 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126; 2016, № 2 (II kitab), maddə 238, № 9, maddə 1478; 2017, № 5, maddə 784, № 7, maddə 1359) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.16.12-ci yarımbənddə "qəbul planı” sözləri "müvafiq ixtisaslar üzrə qəbul” sözləri ilə əvəz edilsin;
1.2. 9.18-ci bənddə "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə qəbulu” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 786, 802; № 7, maddə 1362) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 5.1-ci bəndində "qəbul planı” sözləri "müvafiq ixtisaslar üzrə qəbul” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 787, 802, № 7, maddə 1363; 2018, № 4, maddə 698) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5.4-cü bənddə "qəbul planını” sözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunu” sözləri ilə əvəz edilsin.;
3.2. 9.4-cü bənddə "tədris” sözü "təhsil” sözü ilə əvəz edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 130, № 9, maddə 980; 2016, № 10, maddə 1630; 2017, № 3, maddələr 353, 355; 2018, № 4, maddə 689, №7 (I kitab), maddə 1503, № 11, maddə 2278) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 9.9-9-cu bənd əlavə edilsin:
"9.9-9. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirmə (SEQ) sahəsində dövlət nəzarətini həyata keçirmək;”.
2. 10.75-ci bənd aşağıdakı redaksiyada verilsin:
"10.75. Kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin, ərazi planlaşdırma sənədlərinin, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələrin strateji ekoloji qiymətləndirmə sənədlərinin və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə bağlı layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin dövlət ekoloji ekspertizasını keçirir və həmin sənədlərə dair ekspertiza rəyi verir;”.
3. Aşağıdakı məzmunda 10.75-1-ci – 10.75-3-cü bəndlər əlavə edilsin:
"10.75-1. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərə ixtisas attestatı verir, attestatın qüvvədəolma müddətini dayandırır və ya onu ləğv edir;
10.75-2. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını təmin edir, onların fəaliyyətinə nəzarəti həyata keçirir;
10.75-3. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədlərinə dair ekspertiza rəyinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilər və ƏMTQ üzrə təşkilat barədə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox