• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

İlham Əliyevdən telekanallara ciddi xəbərdarlıq - VİDEO

İlham Əliyevdən telekanallara ciddi xəbərdarlıq - VİDEO
02.03.2019 11:10
 Prezident İlham Əliyev mədəniyyət xadimləri ilə görüşündə aktyor Tahir İmanovun fikirlərinə də cavab verib. "Qafqazinfo" xəbər verir ki, o, aktyor və qardaşına qadağa qoyan telekanallardan da danışıb.

- Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək".

Tahir İmanov: Özəl telekanallar qoyub qadağanı.

Prezident İlham Əliyev: Özəl telekanallar? Hesab edirəm ki, onlar səhv ediblər. Onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır.
Tahir İmanov: Təşəkkür edirik.

Prezident İlham Əliyev: Mən şadam ki, bu məsələni sən qaldırmısan. Çünki görünür ki, burada hansısa anlaşılmazlıq olub. Yəni, dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir.

Tahir İmanov: Çox sağ olun.

Prezident İlham Əliyev: Qaldı Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı məsələyə, bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş verirəm ki, Süleyman Ələsgərovun adına küçə verilsin. Siz də şəhər icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayın, küçənin seçilməsində sizin ailəniz mütləq iştirak etməlidir.

Tahir İmanov: Təşəkkür edirəm.
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün
Mədəniyyət 13:29
Bu gün "Avroviziya" müsabiqəsinin finalıdır - VİDEO
Fox kanalında  erməni təxribatı - VİDEO
Mədəniyyət 16:25
Fox kanalında erməni təxribatı - VİDEO
Mədəniyyət 12:22
"Gəlin, dönək evə" - mahnı müsabiqəsi - VİDEO
Polis M.Ə.Rəsulzadənin portretini Bakının mərkəzində çəkməyə qoymayıb -  VİDEO
Mədəniyyət 12:25
Polis M.Ə.Rəsulzadənin portretini Bakının mərkəzində çəkməyə qoymayıb - VİDEO
Aygün Bəylər erməni ifaçı ilə azərbayycan dilində mahnı ifa etdi - VİDEO
Mədəniyyət 11:15
Aygün Bəylər erməni ifaçı ilə azərbayycan dilində mahnı ifa etdi - VİDEO
Lider TV-nin efirində BİABIRÇILIQ - VİDEO
Mədəniyyət 10:43
Lider TV-nin efirində BİABIRÇILIQ - VİDEO
Elina Hacıyevaya həsr olunur -  VİDEO
Mədəniyyət 07:59
Elina Hacıyevaya həsr olunur - VİDEO
Karantin rejimi musiqiçilərin bazarını öldürüb -VİDEO
Mədəniyyət 07:32
Karantin rejimi musiqiçilərin bazarını öldürüb -VİDEO
“Pole çudes”də Azərbaycan günü: mürəbbələr, neft və top VİDEO
Mədəniyyət 02:18
“Pole çudes”də Azərbaycan günü: mürəbbələr, neft və top VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol