• $
  • £

Azercell ilə rəqəmsal dünyanın yenilikləri daha əlçatan olacaq

Azercell ilə rəqəmsal dünyanın yenilikləri daha əlçatan olacaq
29.05.2020 05:04
25-28 Fevral tarixləri arasında İspaniyanın Barselona şəhərində qabaqcıl texnologiyaları sərgiləyən, eləcə də sənayeyə təsir edən ən qızğın mövzuları müzakirə etmək üçün mütəxəssisləri bir araya gətirən "Mobil Dünya Konqresi” ("Mobile World Congress” – MWC) keçirildi. 2400-dən çox aparıcı telekom şirkətlərinin iştirak etdiyi dünyanın ən möhtəşəm mobil tədbirinə ölkədə rabitə sahəsinin inkişafına hər zaman öz töhfəsini verən, Azərbaycanın lider mobil operatoru "Azercell Telecom” MMC-nin də heyəti qatıldı. Şirkət mütəxəssislərinin iştirak etdiyi bu sərgi texnoloji yeniliklərin tətbiqini nəzərdə tutan rəqəmsal eraya operatorun infrastrukturunu hazır etmək, texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, maraqlı təcrübələrdən bəhrələnmək, innovativ tendensiyaları tezliklə ölkəyə gətirmək və ümumilikdə dünya telkosunun ritmini və vizyonunu hiss etmək baxımından faydalı təcrübə bəxş edib.
 
 
MWC sərgisi gələcəyi formalaşdıran həll yollarını araşdırmaq, çağırışları müzakirə və tədqiq etmək, eləcə də əyani surətdə bu texnologiyaların insan həyatının əyləncə, nəqliyyat, ictimai xidmətlər, sənaye, veb və bulud bağlantısı da daxil bütün aspektlərinə necə böyük bir təsirə malik olmasını müşahidə etmək imkanı təqdim edir.
 
200 ölkənin 107000-dən artıq nümayəndəsinin iştirak etdiyi sərgidə bir sıra aparıcı şirkətlər "5G”, "Əşyaların İnterneti” , "Mobil Qoşulma”, "Ağıllı Bağlantı”, "Süni İntellekt”, "İnkişaf üçün Mobil” mövzularına əsaslanan programlarını nümayiş etdirdilər.
 
MWC sərgisi ilə bağlı öz təəssürat və fikirlərini Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev "Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünasla olan müsahibəsində bölüşüb. Müsahibəni bu linkdən izləyə bilərsiniz: https://www.facebook.com/azercell/videos/1984835524979338/
 
Mobil texnologiyalar vasitəsilə insanların gündəlik həyatını asanlaşdırmağı hədəfləyən Azercell, rəqəmsal aləmin yeniliklərini abunəçiləri üçün əlçatan etmək istiqamətində fəaliyyətini davam edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol