• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Gülnarə Kərimova həbsxanada intihar edib? - eks-prezidentin qızı haqda şok detallar

Gülnarə Kərimova həbsxanada intihar edib? - eks-prezidentin qızı haqda şok detallar
28.05.2020 18:20
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova və "Uzdunrobita" mobil operator şirkətinin (MTS Özbəkistanın ortağı) keçmş rəhbəri Behzod Əhmədov rüşvət və çirkli pulların yuyulmasından 865 milyon dollar gəlir əldə edib.


Qaynarinfo xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Bölgə Prokurorluğunun rəsmi saytında bildirilib. Qurum şübhəlilərin bu vaxta qədər xaricdə tarixin ən böyük korrupsiya proqramına daxil edildiklərini qeyd edib. Prokurorların fikrincə, Behzod Əhmədov "Uzdunrobita" MMC və digər iki telekommunasiya şirkəti - VimpelCom LTD (indiki adı "Veon") və "Telia"nın (keçmiş adı TeliaSonera - isveç şirkəti) iştirak etdiyi böyük rüşvətalma proqramının təşkilatçısı olub. Kərimova rəsmi mövqeyindən istifadə etməklə bu 3 şirkətdən 865 milyon dollar məbləğində rüşvət almaqda və həmin pulları ABŞ-ın maliyyə sistemləri vasitəsilə yumaqda ittiham olunur.


2014-cü ilin martından bu yana ABŞ və Hollandiya rəsmiləri MTS, Vimpelcom operatorları və Telia şirkəti haqqında istintaq aparıblar. Operatorlar ölkədə uzun müddət çalışmaq üçün Gülnarə Kərimovaya yaxın qurumlara tez-tez milyon dollar rüşvət verməkdə ittiham olunublar.


2016-cı ilin fevralında Vimpelcom 795 milyon dollar cərimə ödəməyi qəbul edib. 2017-ci ilin iyulunda Telia ilə də razılaşma əldə olunub və şirkət 965 milyon dollar məbləğində cərimələnib. MTS-in isə cəzası 850 milyon dollar olacaq.
 

Telia şirkətinin məhkəmə işi ilə bağlı 2013-cü ilin oktyabrında baş vermiş qalmaqalların ardından Gülnarə Kərimovanın fəaliyyətləri və ətrafı haqqında geniş araşdırmalara başlanılıb. Nəticədə ona aid TV və radio kanalları, Özbəkistan Mədəniyyət və Sənət Forumu Fondu, prezidentin qızı tərəfindən təsdiqlənən yardım təşkilatları bağlanılıb və şəriklərinin mülklərinin bir qismi dövlət tərəfindən müsadirə olunub.


G.Kərimova 2013-cü ildən bəri ev həbsində olub və 2017-ci ildə yeni ittihamlar əsasında saxlanılıb. Son zamanlarda o, həbsxanalardan birinə transfer edilib. Yerli media Gülnarə Kərimovanın orada intihar etdiyini yazsa da, ölkə prokurorluğu bu məlumatı təkzib edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Tehrandakı hökumət binalarına silsilə zərbələr endirib
Dünya 11:29
İsrail Tehrandakı hökumət binalarına silsilə zərbələr endirib
Türkiyədə bələdiyyə sədrisaxlanılıb
Dünya 10:34
Türkiyədə bələdiyyə sədrisaxlanılıb
İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir
Dünya 10:20
İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir

ABŞ Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib
Dünya 09:15
ABŞ Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Dünya 23:51
İsrail Tehrana yeni hücum dalğasına başlayıb
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
Dünya 23:01
Ərdoğan Quterreşi “Atatürk Beynəlxalq Sülh Mükafatı” ilə təltif edib
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Dünya 20:45
KİV: Əli Xameneinin həyat yoldaşı sağdır
Antonio Quterreş Türkiyədə səfərdədir
Dünya 19:57
Antonio Quterreş Türkiyədə səfərdədir
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol