Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı - FOTO

Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb İdarəsinin Ağciyər Cərrahiyyə Mərkəzində 7 yaşlı oğlan uşağı son anda ölümün əlindən xilas olunub.
Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı -2 həftə öncə qrip infeksiyası keçirmiş 7 yaşlı oğlanda valideynlərin səhlənkar yanaşması və düzgün müalicə olunmaması səbəbindən ağciyərlərin destruktiv pnevmoniyası başlamış, daha sonra xəstəlik daha da dərinləşərək ağciyərin dağılmasına, irinli empiyema və pnevmatoraks kimi ölümcül vəziyyətə gətirib çıxarmışdır.
Əməliyyatı icra edən torakal cərrah, t.e.n Cəmil Ələkbərov bildirdi ki, əməliyyatla ağciyərin çürümüş-dağılmış hissələri rezeksiya olunaraq xaric edildi, irin təmizləndi, normal tənəffüs bərpa olundu. Uşağın plevra boşluğuna drenaj yeridilərək, 1 litrə qədər irin xaric olundu.
Hazırda uşağın vəziyyəti qənaətbəxşdir.
İrindən götürülmüş nümunə analizə göndərilib, ondan sonra hansı virusun bu xəstəliyi törətdiyi məlum olacaq".
Həkim bildirdi ki, bəzən sıradan qrip hesab etdiyimiz bir xəstəlik belə ağır nəticələrə səbəb olur. Ona görə valideynlər uşağın ağciyərlərini diqqətdə saxlamalı, vaxtında həkimə müraciət etməlidirlər ki, letal sonluq olmasın. \milli.az


www.anews.az