• $
  • £

Bu şəxslər evlə təmin edilsin - Deputatdan TƏKLİF

Bu şəxslər evlə təmin edilsin - Deputatdan TƏKLİF
29.05.2020 04:18
"2018-ci ildə xalqımız yenidən Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevə səs verdi. Ölkə prezidenti isə 2018-ci ili "Xalq Cümhuriyyəti ili" elan etdi. Düşünürəm ki, 2018-ci il prezident seçkiləri və Xalq Cümhuriyyətin 100 illiyinin üst-üstə düşməsi təsadüfi deyil və bu Azərbaycanının müstəqilliyinin davamlı olacağından xəbər verir.

Bu sözləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Əli Hüseynli bildirib.

Deputat xatırladıb ki, Baş nazir öz çıxışında hökumətin 2018-ci ildəki fəaliyyəti haqqında geniş danışıb: "2018-ci il idarəetmədə islahatlar ili kimi yadda qalır. Hazırda bir çox sahələrdə, strukturlarda Asan Xidmət modelində xidmətlər həyata keçirilir. Bu, olduqca müsbət hadisədir. 2018-ci il sosial sahədəki islahatlarla da yadda qalacaq. Dövlət başçısının tapşırığı ilə şəhidlər, şəhid ailələri və digər kateqoriyadan olan insanlarla bağlı böyük addımlar atılır”.

Əli Hüseynli daha sonra Baş nazir Novruz Məmmədovun, habelə Əmək və əhalisinin sosial müdafiə nazirinin Milli Məclisdə olduğunu nəzərə alaraq bir məsələni qaldırıb: "Bu gün Azərbaycanda sağ olan və yaşayan çox az sayda Milli qəhrəman var ki, onlar evlə təmin olunmayıb. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nəzərə alıb. Yaxın gələcəkdə onlar evlə təmin edilsə, yaxşı olardı".

Komitə sədri seçicilərinin olduğu Mingəçevir şəhəri haqqında da danışıb: "Mingəçevirdə işsizliklə bağlı məsələlər daim diqqət mərkəzindədir, həllini tapır. Abadlıq işləri aparılır. Hazırda əhalini narahat edən məsələ 1949-1950-ci illərdə taxtadan tikilən evlərlə bağlıdır. Zamanında Fövqəladə hallar naziri Kəmaləddin Heydərov orada olub, sonradan Baş nazirə müraciət edilib. Sonda qərara gəlindi ki, bu problem hökumət tərəfindən həll etsin. Hörmətli Baş nazir bu barədə prezidentə məruzə edilsə, şübhə etmirəm ki, problem qısa müddətdə həllini tapar. Hazırda Mingəçevirdə yalnız bu problem var”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə yaşayış binasında yanğın baş verib
Cəmiyyət 09:09
Binəqədidə yaşayış binasında yanğın baş verib
Bu ərazidə 3 saat işıq olmayacaq
Cəmiyyət 08:50
Bu ərazidə 3 saat işıq olmayacaq
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Tiktoker "Qarabəy" həbs edildi
Cəmiyyət 20:26
Tiktoker "Qarabəy" həbs edildi
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol