• $
  • £

“Palmali”dən azərbaycanlı tələbələr üçün möhtəşəm Novruz Şöləni

“Palmali”dən azərbaycanlı tələbələr üçün möhtəşəm Novruz Şöləni
29.05.2020 07:34
"Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan  tələbələrimizi Novruz Bayramında bir araya gətirib.

Turkustan.info xəbər verir ki, soydaşımız Mübariz Mənsimovun sahibi olduğu "Palmali” Şirkətlər Qrupu Türkiyənin müxtəlif universitetlərində təhsil alan, Novruz tətilində Azərbaycana gedə bilməyən tələbələrimiz üçün İstanbulda möhtəşəm bayram mərasimi təşkil edib.

Azərbaycanın çoxəsrlik milli ənənələri və Novruz Bayramına xas bütün adətlər nəzərə alınan tədbirdə Türkiyədən və Azərbaycandan olan sənətçilər iştirak edib. 

Tanınmış aparıcı Lətafət Ələkbərovanın idarə etdiyi Novruz Şölənində meyxanalar deyilib, milli oyunlar oynanılıb. Xüsusilə, Çinarə Məlikzadənin ifası mərasimdə iştirak edən yüzlərlə tələbəni coşdurub. 

Tədbirdə çıxış edən "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Novruzun uşaqlıqdan bəri ən sevdiyi bayram olduğunu, bu gün Azərbaycandan uzaqda yaşasa da, eyni adət-ənənələri yaşayıb-yaşatdıqlarını vurğulayıb. 

Tədbirdə Mübariz Mənsimova Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin əl ilə işlənmiş portretləri hədiyyə olunub.

Tonqal üzərindən atlayan gənclər bütün mərasim boyu əylənib. Mərasim gecəyə qədər davam edib.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol