• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Daha bir universitetdə rektor-müəllim qalmaqalı – Prezidentə müraciət edildi

Daha bir universitetdə rektor-müəllim qalmaqalı – Prezidentə müraciət edildi
03.04.2019 12:47
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Hüseynov Vidadi Fərzəli oğlu ilə bağlı prezidentə müraciət edilib.

Anews.az "Yeni Sabah”a istnadən xəbər verir ki, iddia edilir ki, heç bir səbəb göstərilmədən, 07.02.2017-ci il tarixində başqa işə keçiriləcəyini vəd verməklə ondan ərizə alan rektor Cəfər Cəfərov iki ildən artıq bir müddət ərzində Vidadi Hüseynovu işsiz qoyub. Müraciətdə qeyd olunub ki, iki ildən çoxdur, işsiz qalan Vidadi müəllimin ailə vəziyyəti olduqca ağırdır:

"5 nəfər ailə üzvündən iki övladı ali məktəb tələbəsidir, biri isə orta məktəbdə təhsil alır. Həyat yoldaşı səhhətində olan problemlər səbəbindən işləmir. Haqqında söz açdığımız ziyalı Hüseynov Vidadi Fərzəli oğlu haqqında verdiyimiz məlumatlar tam dürüstdür. Heç bir səbəb göstərilmədən işindən uzaqlaşdırılmış bir şəxsə qarşı münasibəti başqa çür qiymətləndirmək mümkün deyil. Təhsil Nazirliyinin məlumatında vakant yer göstərilsə də, rektor Cəfər Cəfərov güzəştə getmək istəmir. İsrarla bildirir ki, getsin Lerikdə işləsin. Məhz bu səbəbdən sizə müraciət etməyə qərar vermişik. Azərbaycan Dövlət Pedaqoji Universitetindəki qeyri-normal vəziyyətin obyektiv şəkildə araşdırılması ilə bağlı göstəriş verməyinizi xahiş edirik”.

Qeyd edək ki, Təhsil Nazirliyindən V.Hüseynova verilən cavaba görə, müəllimin işlə təmini məsələsinə baxılacaq.
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Cəmiyyət 18:07
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
Экстренная посадка турецкого самолета в Баку
Cəmiyyət 18:00
Экстренная посадка турецкого самолета в Баку
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Cəmiyyət 17:46
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə təhlükəsiz eniş edib
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Cəmiyyət 16:34
Bakı Türk Anadolu Liseyinin yeni binası istifadəyə verilib
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Cəmiyyət 16:28
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Cəmiyyət 16:12
Astarada leysan torpaq sürüşməsinə səbəb olub
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Cəmiyyət 14:26
Adnan Əhmədzadənin vəkili onun vəziyyətindən danışıb
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 14:18
Bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol