• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Quşlar Azərbaycanda iki institutu üz-üzə qoydu

Quşlar Azərbaycanda iki institutu üz-üzə qoydu
05.04.2019 21:00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu bəzi quşların adının dəyişdirilməsinin Dilçilik İnstititunun rəhbərliyi tərəfindən təxribat adlandırılmasına münasibət bildirib.

buta.media-nın məlumatına görə, institutun direktoru Elman Yusifov "Report"a açıqlamasında deyib ki, heç bir quş növünün adı hələ rəsmi şəkildə dəyişdirilməyib.

Onun sözlərinə görə, bu məsələ mövcud prosedur qaydaları əsasında həll olunur: "Biz sadəcə təkliflər vermişik".

"İnanmıram ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu məsələnin təxribat olması ilə bağlı fikir bildirsin. Ola bilsin ki, məsələ barədə məlumatlı deyil və ona görə də belə danışıb", - institut direktoru bildirib.

E.Yusifov vurğulayıb ki, məsələ ilə bağlı müzakirələr davam edir: "İşlər yekunlaşdıqdan sonra təkliflər aidiyyəti institutlara göndəriləcək. Sadəcə bir növ quşun bir neçə adı var və hər mütəxəssis də öz fikrini müdafiə edir. Ona görə də mübahisəli olan bütün adlarla bağlı məsələni həll etmək üçün komissiya yaradılıb.

Prosedur qaydalarına görə alimlər təkliflər irəli sürəcək, daha sonra təkliflər bölmədə yaradılan komissiyaya göndəriləcək, ardınca yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına gedəcək. Odur ki, bunu təzə problem kimi qəbul etmək düzgün deyil".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Cəmiyyət 15:49
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Paytaxt küçələri yenidən yuyulub
Cəmiyyət 13:00
Paytaxt küçələri yenidən yuyulub
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 12:10
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Cəmiyyət 10:29
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Cəmiyyət 10:15
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bakıda avtomobil yanıb
Cəmiyyət 09:25
Bakıda avtomobil yanıb
İsmayıllıda zəlzələ baş verib
Cəmiyyət 08:58
İsmayıllıda zəlzələ baş verib
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 22:50
Bu ərazidə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol