17 yaşlı oğlanın boynunu sındırıb öldürdü və... - Azərbaycanda

Lənkəran rayonunda qətl hadisəsinin üstü açılıb.
Anews.az "Report"a istinadən xəbər verir ki, rayonun Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev martın 17-də həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.
Qeyd edək ki, Ə.Quliyev bir neçə il qaydasız döyüş növü ilə məşğul olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
www.anews.az