10 milyonuncu Azərbaycan vətəndaşına doğum haqqında şəhadətnamə təqdim olundu
Aprelin 6-da dünyaya gələn 10 milyonuncu Azərbaycan vətəndaşı Mehriban Həsənovaya bu gün doğum haqqında şəhadətnamə təqdim olunub.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüb. Görüşdə Mehriban Həsənovanın hesabına vəsait köçürüldüyü bildirilib və sertifikat təqdim olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox