• $
  • £

“İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur”

“İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur”
29.05.2020 11:49
Aprelin 7-si buraxılış imtahanlarından sonra sualların sosial şəbəkədə yayılması geniş müzakirələrə səbəb olub. DİM-isə açıqlamasında belə hallara yol verən şagirdlərin barkodlar vasitəsilə asanlıqla müəyyən edildiyini və onların imtahan nəticələrinin ləğv olunacağını qeyd edib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə mövzu ilə bağlı paylaşım edib:

"İmtahan suallarının, kitabçaların imtahandan sonra açıqlanması qanun pozuntusudurmu?

DİM rəsmisi bildirib ki, sual kitabçasının, əvvəlki imtahan tapşırıqlarının sosial şəbəkələrdə paylaşılması ciddi qayda pozuntusudur. Qurum bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etdiyini bildirib.

Düşünürəm ki , DİM-in bu problemin həllinə yanaşması qüsurludur. Mən şəxsən bilirəm ki, elə kurslar, repetitorlar var ki , şagirdlərinə sadəcə fərqli imtahan suallarını yadda saxlamağı tapşırırlar. 

Və imtahandan sonra artıq bütün suallar bəlli yerlərdə olur. Düşünmürəm ki burada hansısa qanun pozuntusu var. Əminəm ki , DİM imtahan verənlərə də sualları yadda saxlamağı qadağan etməyəcək. Belə olan halda fikrimcə DİM problemin həlli üçün fərqli yol düşünməlidir.

Əslində , bildiyim qədər DİM belə də edir. Yəni, tam fərqli tapşırıqlardan istifadə olunmalıdır.

Müxtəlif vaxtlarda keçirilən eyni tip imtahanlara DİM tərəfindən eyni sualların salınacağını gözləmək sadəlövhlük olardı. Bildiyim qədər tam fərqli suallardan da istifadə olunur. Belə olan halda , düşünürəm ki yuxarıdakı açıqlamaların da yeri yoxdur.

Güman ki DİM sadəcə kommersiya baxımından sualların yayılmasında maraqlı deyil. Düşünürəm ki, DİM -in test bazasını genişləndirməsi daha doğru olardı. Dövlət vəsaiti hesabına əldə olunun, artıq bir dəfə istifadə olunan test tapşırıqlarından başqa qurumların və abituriyentlərin istifadəsinə DİM-in tolerant yanaşması daha doğru olardı".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 08:57
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol