• $
  • £

Azərbaycan Ordusunun qəfil hücumu və... - Düşməni diz çökdürəcək həmlənin inanılmaz detalları

Azərbaycan Ordusunun qəfil hücumu və... - Düşməni diz çökdürəcək həmlənin inanılmaz detalları
28.05.2020 23:44
Dünən Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş oldu. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak etdilər.

Məlumatlara görə, müzakirələr martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşünün nəticələr üzərində qurulacaq. Əsas hissəsi qapalı olacaq görüşdə Dağlıq Qarabağ münaqişənin həlli yolları müzakirə olunacaq, lakin konkret detallar bəlli deyil. Görüşün nəticələrini proqnozlaşdırmaq çətindir, lakin bəzi şərhçilər Moskva görüşündən sonra cəbhədə hərbi toqquşmaların arta biləcəyini vurğulayırlar.


Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi, professor Fikrət Sadıxov bildirir ki, cəbhədəki mövcud proseslərin diplomatik görüşlərlə heç bir əlaqəsi yoxdur:

"Cəbhədə vəziyyətin gərginləşməsinin görüşlə heç bir əlaqəsi yoxdur. Çünki Ermənistan cəbhədə atəşkəsi daim və sistematik şəkildə pozur. Özü də bu keçmiş rejimdən yeni rejimə qədər gələn prosesdir. Onlar dünyaya nümayiş etdirmək istəyirlər ki, təxribatları Azərbaycan törədir, Azərbaycanda hərbi ritorika kifayət qədər yüksəkdir, Azərbaycan Ermənistana hərbi potensialı ilə hədə-qorxu gəlir. Onların əsas məqsədi budur. Bu proseslər daha intensiv şəkildə həm liderlərin, rəsmilərin görüşü ərəfəsində, həm də görüşlərdən sonra gedir. Azərbaycan heç vaxt təxribatla məşğul olmur. Lakin biz heç zaman hərbi gücün istifadəsindən imtina etməmişik. Sadəcə olaraq hərbi gücümüzü təxribatlara istiqamətlənən formada yox, torpaqlarımızın azad olunması istiqamətində istifadə edə bilərik. Bu da heç bir halda görüşlərlə bağlı olmur və olmamalıdır. Lakin Ermənistan həmin mövqeyində qalacaqsa, əlbəttə, onlar Azərbaycandan hər zaman bir zərbə gözləməlidirlər. Bu, danılmaz faktdır”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol