• $
  • £

Saakaşvili: “Putin 2 ölkəyə hücum edəcək”

Saakaşvili: “Putin 2 ölkəyə hücum edəcək”
29.05.2020 04:18
Rusiya Prezidenti Vladimir Putin Polşanın mərhum prezidenti Lex Kaçinskini 2008-ci ildə Gürcüstana gəldiyinə görə hədəfə almışdı.
Axar.az xəbər verir ki, bunu "Virtualna Polska” saytına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
"Mən Putinin Kaçinskinin təyyarəsini vuracağıyla bağlı necə təhdidlər səsləndirdiyini xatırlayıram. Mənim üçün Smolensk (Kaçinskinin təyyarəsinin vurulduğu yer – red.) Tiflis hadisələrinin məntiqi davamıdır. Putin Kaçinskinin qətlində maraqlı idi.
 
 

Məncə ruslar texniki baxımdan asanlıqla təyyarəni qəza vəziyyətinə sala bilərdilər”, – deyə o bildirib.
Saakaşvili həmçinin Putinin hazırda populyarlığını itirdiyini və buna görə də onun yeni avantüra planlaşdırdığını deyib:
"Gürcüstana təkrar hücumun mənası yoxdur. O öz təsir sferasında hərəkət etməyə başladı, daha sonra Suriya ilə məşğul oldu və vasitəçiləriylə Qərbə qarşı müharibə apardı. İndi o birbaşa Qərbə hücum etməli olacaq. Ona görə ki, yalnız bu addım rusların diqqətini cəlb edəcək. Putin NATO üzvü olduqları üçün Litva, Latviya və Estoniyaya hücum etməyəcək. Onun hədəfi NATO üzvü olmayan Finlandiya və İsveç olacaq. Ruslar elə də böyük olmayan torpaq sahəsi və ya ada tutacaqlar ki, Putin inkişaf etmiş Qərb ölkəsinə hücumunu göstərə bilsin. Bu halda İsveç və ya Finlandiya etiraz edəcək, amma hərbi əməliyyat keçirməyəcəklər. Qərbin cavabı sanksiyalar gücləndirilməsi olacaq, amma bu heç nəyi dəyişməyəcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Baş nazir quru sərhədlərdən danışıb
Siyasət 11:18
Baş nazir quru sərhədlərdən danışıb
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Siyasət 23:16
Azərbaycan və İsveçrə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Siyasət 22:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol