• $
  • £

Avro-2020-nin oyunları Bakıda keçiriləcək

Avro-2020-nin oyunları Bakıda keçiriləcək
29.05.2020 10:15
Azərbaycan daha bir möhtəşəm yarışı təşkil etmək hüququna yiyələnib.
Apasport.az saytının məlumatına görə, Bakı final mərhələsi 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək.
Bu qərarı UEFA-nın İcraiyyə Komitəsi bugünkü yığıncağında verib. İsveçrənin Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində keçirilən iclasda AVRO-2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşib.
AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirin nəticələrinə əsasən turnir Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək.
Bunlardan 4-ü – Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə pley-offun 1/8 final qarşılaşmaları baş tutacaq.
Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.
Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma “Uembli” stadionunda keçiriləcək. Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə arzusuna qovuşmayıb.
AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad olmayacaq.
Qeyd edək ki, Bakı AVRO-2020-nin final mərhələsinə kimi 2015-ci ildə ilk Avropa Oyunlarını, 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatını və Şahmat Olimpiadasını və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını da keçirmək hüququ qazanıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
İdman 11:25
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol