• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azərbaycan Beynəlxalq Bankı, KOBİA və ASAN radionun “Sahibkar vaxtı” başlanır

Azərbaycan Beynəlxalq Bankı, KOBİA və ASAN radionun  “Sahibkar vaxtı” başlanır
07.05.2019 11:46
Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "ASAN radio”nun tərəfdaşlığı ilə sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verilib. Birgə layihə çərçivəsində hər həftə "ASAN radio”da canlı olaraq "Sahibkar vaxtı” proqramı efirə gedəcək.
"Sahibkar vaxtı” verilişini hər həftənin çərşənbə axşamı, saat 19.05-də "ASAN radio”nun efirində dinləmək, eləcə də Azərbaycan Beynəlxalq Bankının, KOBİA-nın və radionun Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar.  

Verilişdə sahibkarlıq fəaliyyətinə aid konkret sahələr üzrə peşəkar mütəxəssislər qonaq qismində iştirak edəcəklər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. "Sahibkar vaxtı” verilişini ölkəmizin biznes dairələrinə yaxşı tanış olan iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin  direktoru Ülvi Qasımov bildirib: "Kiçik və orta  biznesə dəstək layihələrimiz uğurla davam etdirilir. Getdikcə daha çox sahibkar Azərbaycan Beynəlxalq Bankının yaratdığı sərfəli kreditləşmə imkanlarından yararlanır. Tərəfdaşlıq etdiyimiz qurumlarla bu sektorun inkişafına maarifləndirici layihələrimizlə də dəstək olmağa çalışırıq. Ümid edirik ki, "Sahibkar vaxtı” verilişi niyyətimizi doğruldacaq, sahibkarlarımızın işinə kömək göstərəcək”.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin mətbuat katibi Vüsalə Quliyeva qeyd edib ki, sahibkarların məlumatlandırılması baxımdan maarifləndirici verilişlər əhəmiyyətlidir: "Sahibkarlarla mütəmadi ünsiyyətimiz zamanı onların biznes fəaliyyətinin ayrı-ayrı mərhələləri üzrə müəyyən suallarının olduğunu görürük. Biznesin qurulması və inkişafı, bu sahədəki yeniliklər və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılması üçün "Sahibkar vaxtı” verilişi maraqlı və faydalı bir platforma olacaqdır”.  
 

Verilişin aparıcısı Əli Əhmədov isə auditoriyanın bu cür verilişlərə marağının getdikcə artdığını bildirib: "Biznes mühiti inkişaf etdikcə, cəmiyyətimizdə iqtisadi savadlılıq səviyyəsi yüksəldikcə insanlar vaxtlarını belə gərəkli verilişlərə sərf etmək istəyirlər. Biz də maksimum çalışacağıq ki, dinləyicilərimizin "Sahibkar vaxtı”na ayırdıqları zaman müqabilində onlara faydalı nələrsə verək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
İqtisadiyyat 14:30
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb
İqtisadiyyat 12:24
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb

İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
İqtisadiyyat 11:54
İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
Azərbaycan Dəmir Yolları karbon emissiyasını 50%-ə qədər azaltdığını açıqlayıb
İqtisadiyyat 11:39
Azərbaycan Dəmir Yolları karbon emissiyasını 50%-ə qədər azaltdığını açıqlayıb
Naxçıvanın büdcəsinə vergi daxilolmaları 233 milyon manata çatıb
İqtisadiyyat 11:19
Naxçıvanın büdcəsinə vergi daxilolmaları 233 milyon manata çatıb
Azərbaycanın ÜDM artımı 2025-ci ildə 1,6% proqnozlaşdırılır
İqtisadiyyat 11:16
Azərbaycanın ÜDM artımı 2025-ci ildə 1,6% proqnozlaşdırılır

Azərbaycan emissiyaları azaltma hədəfini 15 il irəli çəkib-Kangbin Zheng
İqtisadiyyat 11:08
Azərbaycan emissiyaları azaltma hədəfini 15 il irəli çəkib-Kangbin Zheng

AİB: Azərbaycan yaşıl iqtisadiyyat və enerji keçidi üzrə həlledici onilliyə daxil olur
İqtisadiyyat 10:55
AİB: Azərbaycan yaşıl iqtisadiyyat və enerji keçidi üzrə həlledici onilliyə daxil olur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol