• $
  • £

Petr Çex: "Bakıya gedəcəyim üçün çox xoşbəxtəm"

Petr Çex:
28.05.2020 22:09
"Əvvələr heç vaxt Bakıda olmamışam. Ora gedəcəyim üçün həqiqətən çox xoşbəxtəm”.

"Report” xəbər verir ki, bunu İngiltərənin "Arsenal” komandasının qapıçısı Petr Çex UEFA Avropa Liqasında İspaniya "Valensiya”sını səfərdə 4:2 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündən sonra deyib.

Hazırda "topçular"ın heyətində yer alan çexiyalı qolkiperin fikrincə, mayın 29-da Bakı Olimpiya Stadionunda sabiq komandası "Çelsi"yə qarşı keçirəcəkləri final qarşılaşmasında təcrübə həlledici rol oynaya bilər: "Öz arzularınıza inanmalısınız. Bu, onların həyata keçməsi üçün yeganə vasitədir. Səylə işləmək lazımdır, ancaq inanmaq da vacibdir. "Arsenal” üçün tarix yazmağın astanasındayıq. Bu fantastik klubun azarkeşləri və klubda çalışan hər kəs avrokubok finalında qələbəyə layiqdirlər. Fikrimcə, indiki məqamda təcrübə öz sözünü deyə bilər. Finala çıxanda hər kəsin üzərində böyük təzyiq olur. Ona görə də təcrübəli futbolçular digər oyunçuların da hazır olmasına kömək etməlidirlər”.

Qeyd edək ki, "Arsenal” Avropa Liqasının cari mövsümündə "Qarabağ”la eyni qrupda yer alsa da, Petr Çex zədə üzündən ötən ilin oktyabrında Bakıya gələ bilməyib. O, Londondakı ikinci oyunda da iştirak etməyib. Çexiyalı qolkiper Bakıdakı finaldan sonra karyerasını başa vuracağını açıqlayıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib

"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
İdman 23:20
"Nyukasl" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
İdman 22:55
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Qış Olimpiya Oyunları başa çatıb
İdman 22:45
Qış Olimpiya Oyunları başa çatıb
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
İdman 14:55
"Nyukasl" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
İdman 10:36
Kevin Medina Çempionlar Liqasında top qazanma sayına görə üçüncüdür
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
İdman 23:42
"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
İdman 13:41
Nəriman Axundzadə “Kolombus Kru”ya transfer olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol