• $
  • £

Ərdoğan "New York Times"a od püskürdü

Ərdoğan "New York Times"a od püskürdü
29.05.2020 01:51

"Dünən bir qəzet Hacı Bayram Məscidindən çıxarkən çəkilən fotonu yayımlayıb və bizi terrora dəskət verməkdə günahlandırıb. Bu ən azından ədəbsizlik, alçaqlıq və ədalətsizikdir" - Türkiyə prezidenti Rəcəb Teyyib Ərdoğan bu gün iştirak etdiyi rəsmi təbdirlərin birində belə bir açıqlama ilə çıxış edib.

ANN.Az "Radikal" qəzetinə istinadən xəbər verir ki, prezident ABŞ qəzetlərində Türkiyə ilə bağlı məqalələrə sərt münasibət sərgiləyib. O, bildirib ki, Türkiyə terrordan çox ziyan çəkən dünya ölkələrindən biridir. Son illər təhlükəsizlik və müstəqilliyimizi qorumaq şərtilə terrorla mübarizə aparırıq. Unutmaq olmaz ki, artıq 30 ildir Türkiyə terrorla mübarizədə təkdir. İşlənən cinayətlər bəzi ölkələr tərəfindən görməzlikdən gəlindi. Hətta bəziləri seyirçi belə qalmadılar, Türkiyəyə yönəlik terrorlara dəstək də verdilər. Biz heç bir ayrı-seçkilik  etmədən terrorla mübarizə aparan və bundan sonra da aparacaq bir ölkəyik. Biz "İslami terror" deyilən ifadəni qəbul etmirik. Barış dini olan İslama kimsə terroru yaraşdıra bilməz. "Sünni terroru", "şiə terroru" kimi ifadələri də əsla qəbul etmirik. Biz məzhəbçiliyi rədd edən dinin mənsublarıyıq. ABŞ-dakı bəzi qəzetlər, TV-lər, eləcə də Avropadakı, hətta Türkiyədəki kütləvi informasiya vasitələri məqsədli şəkildə xəbərlər yaymaqla məşğuldurlar"."New York Times"da dərc olunan fotoya və xəbərə əsəb nümayiş etdirən prezident Ərdoğan "Türkiyəyə neft satır, Türkiyədə müalicə alırlar. Əsla belə şey ola bilməz. Türkiyə belə yalan xəbərlər qarşısında diz çökməyəcək qədər qüdrətli bir ölkədir. Bizim üçün Mosulda girov götürülən 49 vətəndaşımızın taleyi hər şeydən daha önəmlidir. Biz onların məsuliyyətini çəkirik, danışarkən belə diqqətli olmalıyıq. 49 canlı insanın taleyinin həssaslığını daşımaq zorundayıq. Təəssüf ki, bəzi vətəndaşlarımız bu 49 nəfəri unudub düşmənin dəyirmanına su tökməklə məşğuldur".

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol