• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

MİDA-dan alınan sosial evlər kirayə bazarına çıxarılıb - FOTOFAKT

MİDA-dan alınan sosial evlər kirayə bazarına çıxarılıb - FOTOFAKT
17.05.2019 14:57
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılan sosial evlər kirayə bazarına çıxarılıb.
"Report”un məlumatına görə, elan saytlarının birində bununla bağlı elan yer alıb.
Həmin mənzilin kirayələnməsində vasitəçi olan Maqsud adlı şəxs "Report”un əməkdaşı ilə söhbətində mənzilə, elan saytına yerləşdirildiyi gün (mayın 13-ü) müştəri tapıldığını bildirib.

Onun sözlərinə görə, Yasamal rayonunda "ASAN xidmət”in arxasında MİDA-dan alınan 10 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 80 kv.m. olan 3 otaqlı mənzil kirayənişinə aylıq 400 manata verilib: "Həmin ev kirayəyə verilib. Amma məndə belə evlər olur. Mən sadəcə olaraq, bu evlərin kirayəsini həyata keçirirəm. Bununla bağlı gələcəkdə problem yaranıb-yaranmayacağını bilmirəm. Əgər MİDA-dan alınan evin kirayəyə verilməsi qanunsuzdursa, buna görə məsuliyyəti mən yox, ev sahibi daşımalıdır. Əgər, məndə belə evlərdən yenə olarsa, təqdim edəcəm”.

"Report”un əməkdaşı məsələ ilə əlaqədar MİDA-ya da müraciət edib. Agentlikdən bildirilib ki, yalnız sorğu göndərildikdən sonra cavab verə bilərlər.
Qanunvericiliyə əsasən MİDA-dan alınan sosial evlərin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət qoyulub. 
Qeyd edək ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-nu artıq vətəndaşlar əldə edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 13:51
Şahin Bağırovdan yeni təyinat
Sabahın havası açıqlanıb
Cəmiyyət 13:13
Sabahın havası açıqlanıb
Kolbasa istehsalı azalıb
Cəmiyyət 12:50
Kolbasa istehsalı azalıb
Körpüdə çalışan fəhlə yıxılıb ölüb
Cəmiyyət 12:08
Körpüdə çalışan fəhlə yıxılıb ölüb
Vətəndaşların kart hesablarından nə qədər vəsait oğurlanıb?
Cəmiyyət 11:47
Vətəndaşların kart hesablarından nə qədər vəsait oğurlanıb?
Faktiki hava açıqlanıb - Bəzi bölgələrə leysan yağır
Cəmiyyət 11:31
Faktiki hava açıqlanıb - Bəzi bölgələrə leysan yağır
Axtarışda olan 153 nəfər saxlanılıb
Cəmiyyət 11:05
Axtarışda olan 153 nəfər saxlanılıb
Qobustanda iki maşın toqquşub, xəsarət alan var
Cəmiyyət 09:55
Qobustanda iki maşın toqquşub, xəsarət alan var
7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Cəmiyyət 09:38
7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol