• $
  • £

Zakir Həsənov tapşırıq verdi

Zakir Həsənov  tapşırıq verdi
29.05.2020 09:18
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunlarına dair xidməti müşavirə keçirilib.
Bu barədə Anews.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edərək Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib. Nazir təlimlərin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

General-polkovnik Z.Həsənov regiondakı mövcud hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanda baş verən daxili siyasi qarşıdurmanın qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini də xüsusi qeyd edib. Müdafiə naziri qoşunlara sərəncamda olan silahlardan istifadə etməklə düşmənin irimiqyaslı təxribatlarının qarşısını dərhal almağı tapşırıb.(report)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol