• $
  • £

İlham Əliyev AXC-Müsavat hakimiyyətindən danışdı

İlham Əliyev AXC-Müsavat hakimiyyətindən danışdı
29.05.2020 05:04
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altına düşməsi AXC-Müsavat rejiminin acı mirasıdır. 

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

"Biz çalışırıq bu məsələni həll edək. Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən Azərbaycan bu istiqamətdə böyük dərəcədə güclənib”, - deyə dövlət başçısı bildirib. 

İlham Əliyev qeyd edib ki, son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb:

"Qondarma "Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilib. Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq. 

Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəyə baxsa, görər ki, Azərbaycan işğala məruz qalan ölkədir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Cəmiyyət 09:32
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Binəqədidə yaşayış binasında yanğın baş verib
Cəmiyyət 09:09
Binəqədidə yaşayış binasında yanğın baş verib
Bu ərazidə 3 saat işıq olmayacaq
Cəmiyyət 08:50
Bu ərazidə 3 saat işıq olmayacaq
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Tiktoker "Qarabəy" həbs edildi
Cəmiyyət 20:26
Tiktoker "Qarabəy" həbs edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol