• $ 1.7
  • € 1.9894
  • ₽ 0.021364
  • ₺ 0.0417
  • £ 2.3077

İŞİD bizi seks-qulu edib - Yezidi qız

İŞİD bizi seks-qulu edib - Yezidi qız
28.05.2020 22:11
Bu günlərdə nüfuzlu Britaniya nəşri "The Telegraph"da İŞİD döyüşçülərinin 40 yezidi qadını həbsdə saxlaması, onlardan bəzilərinin heç 12 yaşının olmadığını, qadınların daim seksual zorakılığa məruz qalması və döyüşçülərin məmnunluğu üçün seks-qulları kimi istifadə olunmasına dair məqalə dərc olunub. Məqalənin qəhrəmanı 17 yaşlı qız öz başına gələnləri nəql edir. ANN.Az həmin məqalənin bir hissəsini oxucuların diqqətinə təqdim edir:“Yezidi qız İŞİD döyüşçülərinin əsarətində olarkən qarşılaşdığı dəhşətli sınaqlardan danışır. Yezidilərin dini azlığına aid olan gənc qadın ekstremist qruplaşmanın düşərgəsində seks-qulu qismində dəhşətli şəraitdə saxlanmasını belə təsvir edir.O, 3 avqustda cihadçılar İraqın şimalında yerləşən Sincar şəhərinə hücum edərkən əsir götürülüb və hazırda Mosuldan cənubda yerləşən kənddə dəhşətli seksual köləlik şəraitində saxlanılır. Gənc qadın deyir ki, onu pəncərələrində barmaqlıqlar olan binaya qapadıblar və bu binanı silahlı döyüşçülər qoruyur."Mən sizdən adımın çəkilməməsini xahiş edirəm, çünki onların mənə etdiklərinə görə dəhşət utanc hissi keçirirəm. Bədənimin bir hissəsi ölmək istəyir, çünki belə yaşamaq dözülməzdir. Amma bədənimin digər hissəsi hələ də ümid bəsləyir ki, mən əsarətdən çıxacam və öz valideynlərimi qucaqlaya biləcəm", - o, italyan qəzeti "La Repubblica"ya müsahibəsində belə deyib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Dünya 23:33
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Dünya 22:10
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Dünya 21:27
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Dünya 20:30
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Britaniyada hava limanında iki təyyarə toqquşub
Dünya 20:27
Britaniyada hava limanında iki təyyarə toqquşub
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Dünya 19:06
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Dünya 19:00
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
Dünya 18:05
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
“Hizbullah” Livan hökumətini təhdid edib
Dünya 13:34
“Hizbullah” Livan hökumətini təhdid edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol