• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Güləşçimiz erməni rəqibinə dərs keçdi

Güləşçimiz erməni rəqibinə dərs keçdi
03.06.2019 18:30
İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında Azərbaycan güləşçisi Laçın Vəliyev erməni rəqibi ilə qarşılaşıb.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Hakob Baqdasaryana dərs keçərək (9:0) növbəti mərhələyə yüksəlib. Bundan əvvəl L.Vəliyev finlandiyalı Yuho Matias Pahikayneni eyni hesabla məğlub edib. Onun 1/4 finalda rəqibi macar David Losonşi olacaq.Digər təmsilçilərimizdən Zaur Əliyev (55 kq) Avropa çempionatına iddialı start verib. Güləşçimiz birinci görüşündə Bolqarıstan idmançısı Denis Demirova ilk hissə bitmədən qalib gəlib – 9:0. Onun 1/4 finaldakı rəqibi Danimarka təmsilçisi Nikolay Soheyl Məhəmmədi olacaq.
63 kq-da yarışan Zaur Nuriyev də yarışa zəfərlə başlayıb. Təmsilçimiz portuqaliyalı rəqibi Daniel Morais Kaldası cəmi 36 saniyəyə məğlub edərək (8:0) 1/4 finala vəziqə qazanıb. Bu mərhələdə Z.Nuriyev gürcü Leri Abuladze ilə qarşılaşacaq.

Sərxan Məmmədov da 1/4 finala yüksəlməyi bacarıb. O, ilk görüşdə Çexiyadan olan rəqibini vaxtından əvvəl məyus edib – 12:3. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
İdman 00:08
Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib
İdman 15:25
Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib
Güləş üzrə Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib
İdman 22:33
Güləş üzrə Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib
“Kəpəz”in futbolçusu Veysəl Rzayev Gəncədə bıçaqlanıb
Cəmiyyət 10:34
“Kəpəz”in futbolçusu Veysəl Rzayev Gəncədə bıçaqlanıb
"Qarabağ" fransalı futbolçunu transfer edib
İdman 19:30
"Qarabağ" fransalı futbolçunu transfer edib
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
İdman 20:43
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
Azərbaycan Basketbol Liqası: "Sabah" "Abşeron Lions"u məğlub edib
İdman 22:30
Azərbaycan Basketbol Liqası: "Sabah" "Abşeron Lions"u məğlub edib
“Sabah” “Zirə”yə, “Şamaxı” “Kəpəz”ə qalib gəldi
İdman 22:00
“Sabah” “Zirə”yə, “Şamaxı” “Kəpəz”ə qalib gəldi
“Qarabağ” – “Nyukasl” oyunlarının tarixi və başlama saatları açıqlanıb
İdman 21:24
“Qarabağ” – “Nyukasl” oyunlarının tarixi və başlama saatları açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol