• $
  • £

“Asan imza” xidməti “Nar Mobile” ilə daha da asanlaşdı

“Asan imza” xidməti “Nar Mobile” ilə daha da asanlaşdı
29.05.2020 08:43
Abunəçilər artıq paytaxt və Sumqayıtdakı bütün “Nar Mobile” xidmət mərkəzlərində «Asan imza» mobil elektron imza xidmətindən yararlana biləcəklər.“Nar Mobile” mobil operatoru “Asan imza” mobil elektron imza xidməti göstərən mağazalarının sayını artırdı. Belə ki, abunəçilər artıq Bakı şəhərindəki bütün “Nar dünyası” mağazalarında, eləcə də Sumqayıtdakı hər iki mağazada “Asan imza” xidmətindən yararlana biləcəklər. Bundan başqa, Azərbaycan Respublikası Vergilər nazirliyinin Bakı şəhəri Mirəli Qaşqay küçəsi 56 ünvanda yerləşən “195” çağrı mərkəzində, eləcə də Bakı şəhəri Sabunçu rayonunda fəaliyyət göstərən “Asan xidmət-4” mərkəzində də “Asan imza” xidmətindən yararlanmaq mümkün olacaq.Qeyd edək ki, “Asan imza” elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. “Asan imza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.Əlavə məlumatı www.narmobile.az və www.asanimza.az saytlarında əldə etmək mümkündür.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
İqtisadiyyat 13:57
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Sərfəli kredit axtarırsan?
İqtisadiyyat 11:29
Sərfəli kredit axtarırsan?
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
İqtisadiyyat 10:40
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
“Azeri Light” nefti 4,49% ucuzlaşıb, barel 82,29 dollar olub
İqtisadiyyat 09:49
“Azeri Light” nefti 4,49% ucuzlaşıb, barel 82,29 dollar olub
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:45
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol