• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

"Əvvəl insanları bank sektoruna cəlb etmək çətin idi, indi özləri bank seçir" - Anar Həsənov

11.06.2019 19:11
"Gömrükdə və vergidə baş verən dəyişikliklərdən sonra biz müşahidə etdik ki, bizim korporativ müştərilərimizin hesablarında  həm ümumi dövriyyə ilə bağlı, həm də vergi – gömrük məsələləri ilə bağlı ödənişlərin sayı artıb. Bu da onu göstərir ki, islahatlar öz nəticələrini verir və bu çox yaxşı haldır”, bunu jurnalistlərə Accessbankın idarə heyətinin sədri Anar Həsənov deyib.

"Gömrükdə və vergidə baş verən dəyişikliklərdən sonra biz müşahidə etdik ki, bizim korporativ müştərilərimizin hesablarında  həm ümumi dövriyyə ilə bağlı, həm də vergi – gömrük məsələləri ilə bağlı ödənişlərin sayı artıb. Bu da onu göstərir ki, islahatlar öz nəticələrini veriər və bu çox yaxşı haldır. Biz öz daxili strategiyamızı da ona uyğunlaşdırırıq ki, zamanla hər bir müştərinin hesabında rəsmi dövriyyə artsın. Ancaq hər bir dəyişiklik, hər bir islahat öz keçid dövrünü yaşamalıdır və buna görə də bazara uyğunlaşma zaman alacaq”, – deyə Həsənov bildirib.

Anar Həsənov deyib ki, plastik kartların inkişaf tempinə nəzər yetirsəniz, görərsiniz ki, maaş layihələri çox ciddi şəkildə artıb.


"Müqayisə edin bir şirkəti, görəcəksiniz ki, əvvəlki illərə nisbətən maaş kartı ilə nə qədər dövriyyə əldə edib. Plastik kartların inkişaf tempinə nəzər yetirsəniz, görərsiniz ki, maaş layihələri çox ciddi şəkildə artıb. Eyni zamanda, şirkətlərin rəsmi hesablarında olan dövriyyələr çox ciddi şəkildə artıb. Əvvəllər müştəriləri bank sektoruna cəlb etməkdən ötrü çox əziyyət çəkirdik, vaxt itirirdik, ancaq son islaharlardan sonra artıq insanlar özləri banklara üz tuturlar, bank seçirlər”, - deyə Həsənov əlavə edib. 

Idarə heyyəti sədri qeyd edib ki, insanlar əmindirlər ki, hətta banklara nəsə olsa belə, dövlət onların əmanətlərini sığortalayır.

"Məncə depozitlərin bu qədər sürətlə artması ham ümumi iqtisadi stabilliyin, həm də, depozit sığortalama fondunun bir il daha uzadılmasının  nəticəsidir. Insanlar öncə banka inansalar da həmçinin  əmindirlər ki, hətta banka nə isə olsa belə, dövlət onların əmanətlərini sığortalayır”, - Həsənov qeyd edir.

Access bankın idarə heyəti sədri Anar Həsənov  müştərilərin daha çox hansı kreditlərə maraq göstərməsindən də danışıb.

O, qeyd edib ki, 2000-ci ilin ortalarında kiçik sahibkarlıq daha çox kreditə yönəlik idi, hal-hazırda o dinamikanı biz bir daha görürük.

"2015-ci ildə istehlak tələbi yox idi deyə, bütün biznesi saxlamışdılar. O zaman sahibkarlar bizneslərinin inkişafını yox, pullarını çıxartmaq haqqda düşünürdülər. Ancaq hal-hazırda bu dəyişib. İstehlak tələbi var deyə, yenidən o biznesdə olan kapital artırılır”, - deyə Həsənov əlavə edib.

Anar Həsənov qeyd edib ki, hal-hazırda kreditlərin 97%-i manatladır. 

Onun sözlərinə görə, dolların bahalaşmısandan sonra banklarda dollar kreditləri ilə, manat kreditlərinin faizləri yaxınlaşıb.

"Hamımız bilirik ki, manatın 2015-ci ilə qədər ildən-ilə gücləndirilməsi müştərilərin kreditlərini dollarla götürməsinə şərait yaradırdı. Dolların bahalaşmısandan sonra banklarda dollar kreditləri ilə, manat kreditlərinin faizləri yaxınlaşdı. Devalivasiyanın belə nəticələrə gətirib çıxaracağına nə banklar, nə də müştərilər hazır idilər. Ancaq bizim hal-hazırda verdiyimiz kreditlərin 97%-i manatladır” – deyə o bildirib.



Həzi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol