Azərbaycan Kiber İdman Federasiyasının prezidenti İESF-in İdarə Heyətinə üzv seçilib
Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil ƏliyevBeynəlxalq Kiber İdman Federasiyasının (İESF) İdarə Heyətinə üzv seçilib.
İESF-in prezidenti Kolin Vebster Ramil Əliyevin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı fikirlərini bölüşüb: "Ramil Əliyevin, onun təcrübəsi və təfərrüatlara ətraflı diqqəti ilə İESF-in İdarə Heyəti üçün çox faydalı olacağı şübhəsizdir. Mən bütün digər İdarə Heyətinin üzvləri kimi, Ramil ilə iş birliyimizi səbirsizliklə gözləyirəm", - deyə qurumun rəhbəri bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox