• $ 1.7
  • € 1.9566
  • ₽ 0.020988
  • ₺ 0.0404
  • £ 2.231

Xırdalanda çay evinin qarşısında silahlı atışma - Təfərrüatlar

Xırdalanda çay evinin qarşısında silahlı atışma - Təfərrüatlar
17.06.2019 11:05
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu, adam öldürməyi sifariş verməkdə və digər ağır cinayətlərdə ittiham olunan İran vətəndaşı Bəşir Qəhrəmani, onun mütəşəkkil dəstəsinin üzvləri - İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

"Ölkə.Az" xəbər verir ki, hakim Fikrət Qasımovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyun ayının 18-nə təyin olunub.

İttihama görə, iranlı iş adamı Bəşir Qəhrəmani şəriki Valeh Nəcəfovun qətlinin sifarişini verib. Bu sifarişi iranlı iş adamından İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanov alıb. Onlar bu cinayətin sifarişini dəstənin digər üzvlərinə veriblər.

İstintaq sənədlərinə görə, 2017-ci ilin martında Xırdalan şəhərinin 28-ci məhəlləsində çay evlərinin birinin qarşısında 47 yaşlı Nəcəfov Valeh Əzizağa oğlu baş nahiyəsindən güllə ilə vurularaq qətlə yetirilib, digər şəxs isə - 32 yaşlı Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğlu yaralı halda 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

İlkin müayinələr zamanı məlum olub ki, Xəyal Paşayev 3 güllə yarası alıb. Güllələrdən heç biri onun bədənində qalmayıb.
Belə ki, güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib.

Atışma yerində dünyasının dəyişən şəxsin isə əlində "Makarov" tipli tapança olub, həmçinin ərazidən 7-dən artıq giliz aşkar edilərək götürülüb.
Cinayət yerində rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları da olublar.

Xəyal Paşayev polis nəzarətində müalicə alandan sonra xəstəxanadan həbsxanaya köçürülüb.

İstintaq zamanı məlum olub ki, tanışı Xəyal Paşayevə Valeh Nəcəfovun İranlı şərikinə olan 30 min ABŞ dollar borcunu ödəmək istəmədiyini deyib və pulun alınmasında iranlı iş adamı Bəşir Qəhrəmaniyə köməklik göstərilməsini xahiş edib.
Xəyal Paşayev bir müddət Valeh Nəcəfovu izləyib.

Mart 29-u Xəyal Paşayev, Kənan Həsənov, Hilal Bayramov, Allahverdi Ruzpeykar Valehin yaşadığı evin qarşısına gəlib, onu Xəyal Paşayevə məxsus "Mersedes" markalı avtomobilə mindirib Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən kafelərdən birinə aparıblar.

Xəyal orada Valehə zərbələr endirib və hədə-qorxu ilə ondan iranlı şəriki Bəşir Qəhrəmaniyə olan borcunu ödəməsini tələb edib.

Daha sonra Valeh Nəcəfovu dəstə üzvü və Xəyal Paşayevin bacanağı olan Məhəmməd Əhmədova məxsus bağ evinə aparıblar. Orada onu soyunduraraq döyüblər.
Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. Hədə-qorxu və aldığı zərbələrdən sonra Valeh həyat yoldaşına məxsus qızılları borc əvəzinə verməyə razılaşıb.

Bundan sonra Valeh Nəcəfov yaşadığı evə gətirilib, o da 15000 dəyərində bir cüt briliyant qaşlı sırğa və qızıl üzük dəstini həyat yoldşından alaraq Xəyala verib.

Razılaşıblar ki, səhəri gün görüşüb borc mübahisəsini həll etsinlər.

Səhəri gün Xəyal Kənan Həsənova göstəriş verib ki, Valehlə onu Xırdalandakı kafelərdən birində gözləsin. Xəyal Paşayev özü isə dəstənin digər üzvləri ilə qızılı satmaq üçün müxtəlif şəxslərə təklif ediblər.

Lakin onları razı salan məbləğ deyilmədiyindən qızılları satmayıblar və kafedə olan Kənanla Valehin yanına gəliblər. Burda dəstə üzvləri Valeh Nəcəfovu söyüb və döyüblər.

Bu zaman Valeh Nəcəfov özünü müdafiə üçün üzərində olan silahı çıxararaq atəş açıb.

İttihama görə, daha sonra dəstə üzvlərinin müdaxiləsi ilə silah Valeh Nəcəfovdan alınıb. Silahı əlinə götürən Xəyal Valeh Nəcəfova atəş açaraq onu qətlə yetirib. Atışma zamanı Xəyal Paşayev özü də 3 güllə yarası alıb.

Qonşusu təcili tibbi yardım çağırıb. Bundan sonra yaralı Xəyal Paşayev xəstəxanaya aparılıb.

Kənan Həsənov hadisədən bir gün sonra saxlanılıb. Saxlanılan zaman onun üzərindən narkotik maddə də aşkarlanıb. Keçirilən əməliyyat tədbirləri ilə Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı mütəşəkkil dəstənin üzvləri Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin 11 maddəsi ilə ittiham elan edib.

Bu şəxslərin cinayət işi ayrıca icraatda araşdırılıb.

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə cinayət məcəlləsinin 11 maddəsi ilə təqsirləndirilən Xəyal Paşayev 19 il, Kənan Həsənov 18 il, Bilal Bayramov 18 il, Allahverdi Ruszpeykar 13 il və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Cəmiyyət 19:00
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Abşeronda marketdən oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 18:25
Abşeronda marketdən oğurluq edən şəxs saxlanılıb
Azərbaycanda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur
Cəmiyyət 17:16
Azərbaycanda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur
AQTA: Son günlər şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb
Cəmiyyət 16:09
AQTA: Son günlər şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb
Bakı-Qazax-Bakı dəmiryol marşrutu üzrə əlavə reyslər təyin edilib
Cəmiyyət 15:58
Bakı-Qazax-Bakı dəmiryol marşrutu üzrə əlavə reyslər təyin edilib
Zığ dairəsində sürət həddi bərpa edilib
Cəmiyyət 15:41
Zığ dairəsində sürət həddi bərpa edilib
Texnolojiya dövlətlərin informasiya müstəqilliyinə birbaşa təsir göstərir - Səfirin müşaviri
Cəmiyyət 15:15
Texnolojiya dövlətlərin informasiya müstəqilliyinə birbaşa təsir göstərir - Səfirin müşaviri
Sabah Sumqayıtda 15 min abonentin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 14:34
Sabah Sumqayıtda 15 min abonentin qaz təchizatı dayandırılacaq
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayır
Cəmiyyət 14:13
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol