• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bağçalarda qidalanmaya nəzarət gücləndirilir

Bağçalarda qidalanmaya nəzarət gücləndirilir
27.06.2019 11:17
Bağçalarda qidalanmaya nəzarət gücləndirilir

Yay mövsümünün başlanması ilə əlaqədar bağçalarda uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparmaq üçün tədbirlər planı hazırlanır.

Bu barədə Oxu.Az-a agentliyin mətbuat katibi Aysel Fərziyeva məlumat verib.
Onun sözlərinə görə, məktəbəqədər yaşlı uşaqların rasional və təhlükəsizlik qaydalarına uyğun qidalanması əhalinin və gələcək nəsillərin sağlamlığının təmin olunması üçün vacib şərtdir və strateji əhəmiyyət daşıyır:"Gələcək nəsillərin sağlam böyüməsi və uşaqların fiziki cəhətdən normal inkişafını təmin edən ən vacib komponent onların düzgün qidalanması ilə bağlıdır. Özündə gündəlik lazımi qida dəyərini ehtiva edən qida maddələrindən ibarət balanslaşdırılmış qida rasionu uşaq orqanizminin böyüməsi və normal inkişafını təmin edir.

Düzgün qidalanma, xüsusilə, uşaqların immunitetinə müsbət təsir etməklə orqanizminin dözümlülüyünü artırır, onların psixoloji cəhətdən düzgün inkişafına əlverişli şərait yaradır. Odur ki, uşaq bağçalarının təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və uşaqların sağlam qidalanması çox böyük əhəmiyyət kəsb edir”. 

Qurum rəsmisi onu da qeyd edib ki, əksər bağçalar istirahət və bayram günləri istisna olmaqla, uzadılmış iş rejimində, bir hissəsi isə sutkalıq fəaliyyət göstərdiyindən uşaqların vaxtının çoxu bu müəssisələrdə keçir:
"Bütün bunları nəzərə alaraq, uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə bağçalarda monitorinqlər aparılması və bu sahədə təhlükəsizliyin təmin olunması qarşımızda duran əsas məqsədlərdən biridir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol