• $
  • £

Ukrayna prezidenti dövlətə xəyanətdə ittiham olundu

Ukrayna prezidenti dövlətə xəyanətdə ittiham olundu
29.05.2020 04:10
Ukraynanın müxalif "Radikal partiyası”nın lideri Oleq Lyaşko prezident Vladimir Zelenskinin Avropa Şurası Parlament Assambleyasında yaranan vəziyyətə görə vətənə xəyanətdə ittiham edib.
FAN agentliyi xəbər verir ki, Ali Radanın deputatının sözlərinə görə, Vladimir Zelenskinin əvvəldən Rusiya Federasiyasının AŞPA-dakı hüquqlarının bərpa ediləcəyindən xəbəri olub, lakin bu barədə Ukrayna nümayəndə heyətinə məlumat verməyib.
Oleq Lyaşko bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək prezidentin hərəkətlərində dövlətə xəyanət əlamətlərinin olub-olmaddığının araşdırılmasını istəyib.
Ukraynalı siyasətçi dövlət başçısının məsələ ilə əlaqədar parlamentə müraciət etməməsini təəccüblə qarşıladığını bildirib. Lyaşkonun sözlərinə görə, bu, elə özü xəyanətin göstəricisidir. Çünki Vladimir Zelenski səsvermədən bir həftə qabaq Paris və Berlində rəsmi ziyarətləri zamanı ona rusiyalı deputatların Parlament Assambleyasının iclaslarına geri qayıdacaqlarını deyiblər.
Qeyd olunur ki, Ukrayna prezidenti də öz növbəsində qanunverici hakimiyyətin nümayəndələrini günahlandırır. Bununla bərabər Ukrayna lideri avropalı tərəfdaşlarının ona əvvəlcədən Dövlət Duması deputatlarının geri gələcəyini söylədiklərini inkar etməyib.
V.Zelenski avropalı liderlərin belə bir qərar almasından məyusluğunu gizlətməyib. O, Rusiyanın Assambleyanın prinsipial tələblərini yerinə yetirmədən qayıdışının doğru olmadığını deyib, lakin E.Makron və A.Merkelin onun bu sözlərinə qulaq asmadığını dilə gətirib.
ABŞ-ın "The National İnterest” jurnalı isə səsvermədən bir gün sonra yayımladığı məqalədə Vladimir Zelenskinin narahat olması gərəkdiyini yazıb. "Fransa və Almaniyanın mövqeyi onların rəsmi Moskva ilə dialoq yoluna çıxdıqlarını göstərir”, – deyə yazıda bildirilib. (Virtualaz.org)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol