• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Facebook-da birmənalı qarşılanmayan yenilik olacaq

Facebook-da birmənalı qarşılanmayan yenilik olacaq
28.05.2020 22:29
Sosial şəbəkələr arasında ən məşhuru sayılan “Facebook” hər gün yeni xüsusiyyətləri ilə istifadəçilərin qarşısına çıxır. ANN.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, əlbəttə ki, təqdim olunan xüsusiyyətlərə insanlar bəzən yaxşı, bəzən də tənqidi münasibət bəsləyirlər. Sosial şəbəkədə son vaxtlar insanların reaksiyasına səbəb olan yeni bir xüsusiyyət də “video izləmə” olub. Sözsüz ki, bu xüsusiyyət hər kəsin diqqətini çəkib. Artıq, “facebook”a daxil olan zaman videolar avtomatik olaraq açılmağa başlayr. Əgər şəxs istərsə, videonun üzərinə vuraraq səsli şəkildə izləyə bilir. “Facebook” bunu tətbiq etməklə istifadəçilərin diqqətini videoların üzərinə yönəltmək istəyir. Ancaq, mobil operatorların internet paketlərindən istifadə edən (Megabayt) şəxslər bu vəziyyətdən heç də razı deyil. Videoların avtomatik açılması internet paketlərinin sürətlə tükənməsinə səbəb olur. Əgər bu funksiyanın sizdə deaktiv olmasını istəyirsinizsə, bu zaman tənzimləmələr bölməsinə daxil olub, sol tərəfdə ən altda yerləşən “videolar” başlığını seçməlisiniz. Həmin başlıq altında yerləşən “Videoları avtomatik hərəkət etdir” funksiyasını bağlayaraq, videoların telefonunuzda avtomatik açılmağının qarşısını ala bilərsiniz. Qeyd edək ki, siz telefon və ya komputerinizlə “tənzimləmələr” bölməsində həmin başlığı görməyə bilərsiniz. Bu “facebook”un həmin funksiyanı sizin profilinizdə hələki tətbiq etmədiyini göstərir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
Dünya 11:53
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünya 11:40
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
İzmirdə meşəlik ərazidə yanğın başlayıb
Dünya 09:00
İzmirdə meşəlik ərazidə yanğın başlayıb
Putin və Tramp arasında görüş başa çatıb- Yenilənib
Dünya 04:33
Putin və Tramp arasında görüş başa çatıb- Yenilənib
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Dünya 22:10
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Dünya 21:27
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Dünya 20:30
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Britaniyada hava limanında iki təyyarə toqquşub
Dünya 20:27
Britaniyada hava limanında iki təyyarə toqquşub
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Dünya 19:06
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol