• $
  • £

Putinlə Salmanın anlaşması neft bazarını “silkələdi”

Putinlə Salmanın anlaşması neft bazarını “silkələdi”
29.05.2020 08:32
OPEC-in Vyanadakı görüşü ərəfəsində 6-9 ay ərzində neft hasilatının ixtisarını davam etdirmək barədə Səudiyyə Ərəbistanı, Rusiya və İraq razılığa gəldikdən sonra neftin qiyməti dünya bazarında 3-4 faiz yüksəlib.
Virtualaz.org Qərb mənbələrinə istinadən xəbər verir ki, "Brent” markalı neftin fyuçersləri 2,93 faiz yüksələrək, bir barrelə görə 66,64 dollara qalxıb. WTI markalı Amerika neftinin fyuçersləri isə 2,96 faiz qalxıb və qiymət bir barrelə görə 60,20 dollara çatıb. Bu, son beş həftə ərzində ən yüksək göstəricilərdir.
Neft ixrac edən ölkələr təşkilatı (OPEC) və onun müttəfiqləri, belə görünür ki, 2019-cu ilin sonuna kimi neft ixracatının ixtisarını davam etdirmək niyyətindədirlər. Dünən aparıcı neft istehsalçıları qiymətin qaxlmasına yönəlmiş siyasəti bəyəndiklərini bildiriblər.
OPEC, Rusiya və digər istehsalçılar bu gün və sabah görüşlər keçirərək, ixracatın azalmasını müzakirə edəcəklər. Sözügedən qrup 2017-ci ildən başlayaraq, dünya iqtisadiyyatının zəifləməsi və ABŞ-da istehsal həcmlərinin artması fonunda qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün neft hasilatını azaldır. Rusiya prezidenti Vladimir Putin dünən bəyan edib ki, o, Səudiyyə Ərəbistanı ilə 6-9 aylıq mövcud hasilat səviyyəsini sutkada 1,2 milyon barrel ixtisar etmək barədə razılığa gəlib.
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, sövdələşmə, çox güman ki, 9 ay müddətinə uzadılacaq və daha iri həcmdə ixtisara ehtiyac yoxdur.
Qeyd edək ki, ABŞ-da neft hasilatı aprel ayında sutkalıq rekord həcmə – 12,16 milyon barrelə çatıb. Bu məlumatı ABŞ energetik informasiya idarəsi verib.
Bununla yanaşı, maliyyə bazarları ABŞ-çin münasibətlərinin nisbətən istiləşməsinə reaksiya veriblər – iki ölkənin liderləri ticarət danışıqlarının bərpa edilməsi barədə razılığa gəliblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol