Novruz Məmmədov Sərkisyanı təhqir etdi
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan Prezidenti Serj Sərkisyanın psixi durumunun bərbad vəziyyətdə olduğunu deyib. Axar.az xəbər verir ki, N.Məmmədov bu barədə özünün rəsmi Tvitter səhifəsində yazıb.
“Son 1 ayda münaqişənin həlli ilə bağlı Sərkisyanla keçirilmiş 2 görüşdə belə 1 qəti qənaətə gəlmişəm ki onun psixi durumu bərbad vəziyyətdədir. Ən yüksək səviyyəli görüşlər zamanı hamı müşahidə edir ki, onun işlətdiyi ifadələr, hərəkətləri, sifətinin mimikası situasiyaya adekvat olmur”, - Məmmədov yazıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox