Sərhəddə şok: İçərisində ekipaj üzvlərinin meyiti olan tank tapıldı - FOTO
Rostov vilayətində Ukrayna ilə sərhəddə "Mius-Front" axtarış assosiasiyası tərəfindən Böyük Vətən Müharibəsində iştirak etmiş "KV-1” sovet tankı tapılıb.
APA "RİA Novosti”yə istinadla xəbər verir ki, ekipajın qalıqları da tankın içərisində tapılıb.
"Mius-Front" rəhbəri Andrey Kudryakov bildirib ki, ehtimala görə, bu tank 1943-cü ilin yazında Alman Cəbhəsinin cənub cəbhəsini yararkən alman təyyarələri tərəfindən məhv edililıb.
"KV-1”-in 62-ci ağır tank briqadasının tərkibinə daxil olduğu bildirilib.
Arxiv sənədlərində göstərilib ki, sözügedən hücum 18 avqust 1943-cü ildə baş verib. Həmin döyüşdə sovet qoşunları 15 texnika itirib.
1939-1942-ci illərdə istehsal edilmiş "KV-1” o dövrün 76 mm çaplı ağır tankı hesab edilirdi. Finlandiya ilə müharibədə də bu tanklardan istifadə olunub.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər