• $
  • £

‘Yuxarıda o adam olmalıdır ki, aylıq haqq tələb etməsin‘ – Saakaşvili korrupsiyanın kökünü necə kəsməyin yollarını açıqladı

‘Yuxarıda o adam olmalıdır ki, aylıq haqq tələb etməsin‘ – Saakaşvili korrupsiyanın kökünü necə kəsməyin yollarını açıqladı
29.05.2020 05:34
Gürcüstanın keçmiş prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin müsahibəsini oxucularına təqdim edirik:
"Korrupsiya. Bu, sadəcə postsovet cəmiyyətinin bəlası deyil. Bu ideologiyadır. Bu əksər ölkələrdə hakim sinfin necə yaşamasıdır. Bununla onlar xalqa sırımaq istəyirlər ki, bu bizim həyatımızın tərkib hissəsi olan mədəniyyətimizdir. Bu yaxınlarda Ukraynada sosial şəbəkələrdə, telekanallarda müzakirə apardılar ki, bəs korrupsiya çox yaxşıdır, guya korrupsiya cəmiyyətin tərəqqisinə kömək edir. Əslində biz ona görə pis yaşayırıq ki, korrupsiya var. İnkişaf etmiş ölkələrdə ona görə daha yaxşı yaşayırlar ki, orda korrupsiya yoxdur. Korrupsiya nədir? Korrupsiya "yemlənməyin” feodal üsuludur, həm Gürcüstanda, həm Ukraynada. Məsələn, Gürcüstanda polis vəzifəyə təyin edəndə o özü vəzifəsini alırdı, silahını alırdı, sonra özü maşın alırdı, benzin tökürdü və aldıqlarının əvəzini xalqdan qoparırdı və hətta yuxarı da haqq verirdi, yəni heç maaş da almırdı, əksinə, hamısını onu vəzifəyə təyin edənlərə çatdırırdı. İndi Ukraynada necədir? Onlar təhkimçiləri təyin edirlər, nazirləri, qubernatorları təyin edirlər, onlar da öz növbəsində yerli məmurları, departament rəhbərlərini təyin edir və sonunda bunlar hamısı adamlardan yığılan pullarla bəslənirlər. Bu elementar prosesdir. Məsələn, Odessada 7-ci kilometr deyilən yerdə, Ukraynanın ən böyük topdansatış bazarı var. Prezidentin şəxsi mühafizəsinin rəisi orda polis rəisini, baxıcı-təhkimçini təyin edib, o da öz növbəsində pulları mühafizəçiyə çatdırır, mühafizəçi də görünür pulların bir hissəsini şefinə verib, qalanını da daha vacib olan işlərə xərcləyir və öz aralarında bölüşürlər. Mənə qədər Odessa gömrüyündən qubernatorun əli ilə hər ay 3-5 milyon dollar prezident administrasiyasına nəğd pul verilib. Və bunu hamı bilirdi. Əlbəttə, bu pulları gömrük işçiləri adamlardan toplayırdı və toplanana pulların böyük hissəsi yuxarıya, ən birinci şəxsə qədər çatdırılırdı. Sadə bir misal çəkim: Məni Odessaya qubernator təyin edəndə, məlum oldu ki, bizə maşınlara tökməyə benzin, təyyarələrə bilet vermirlər, hətta dəftərxana ləvazimatına belə pul ayrılmır və bunların hamısını özümüz almalıyıq. Hardan alaq? Bunu Poroşenkodan soruşanda dedi ki, "fandrezinklə məşğul ol”. Elə bu cür də dedi – Fandrezink. Dedi yerli biznesmenlərlə danış. Bir dəfə Poroşenko Odessaya gələndə, məlum oldu ki, biz 20-yə yaxın kortej təşkil etməliyik, hamısı zirehli olmalı, 100-ə yaxın adamı oteldə yerləşdirməli və onlara nahar verməliyik. Mən soruşanda ki, bunun pulun kim verəcək, dedilər ki, yerli biznesmenlərlə danışın, onlardan aln. Yerli biznesmen nəyin qarşılığında bunu edəcək, yəqin ki, qanunsuz işlər görəcəklər və deyəcəklər ki, bizə toxunmayın. Bax, bütün sistem hər yerdə belə işləyir və əlbəttə, mən belə işləyə bilməzdim. Amma, başqaları işlədi və kim də səsini qaldırırdı, o saat onu korrupsiya sisteminin bir hissəsi sayırdılar.
Və təbii ki, bu sistemin tərkib hissəsinin biri də oliqarxlardır. Oliqarxlar isə doymayan bir tayfadırlar, timsahlar kimi nə versən əlin qarışıq qoparırlar. Gürcüstanda biz bunlaryerində oturdanda, Tarkaçişvili soyadında biri vardı, bu çox vacib, strateji bir obyekti pulsuz özəlləşdirmək istəyib. Biz buna imkan vermədik. Bu vaxt o götürüb Bendukidzeyə zəng vurur, Bendukidze də bundan imtina edir. Bu zaman oliqarx Bendukidzeyə deyir ki, mənim telekanalım var, doğrudan da o telekanala malik idi, sabah orda göstərəcəklər ki, sən azyaşlı oğlanla necə seks edirsən. Bendukidze onu söyür və həmin obyektləri biz hərracda baha qiymətə satdıq. Yəni bunlarla sərt olmaq lazımdır. O ki, qaldı oğru məmurlara, bilirsiniz mənim elə bir məqsədim olmayıb ki, həbsxanaları məmurlarla doldurum. Biz hakimiyyətə gələndə bir məqsədimiz vardı, o da xalqa xidmət etmək. Misal üçün dəmiryoluna rəhbərlik edən məmur bizim mövqeyimizdən narazı qalıb Acariyaya qaçıb getmişdi ki, guya müalicə olunur. Mən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsini göndərdim, onu vertolyotla gətirdilər Tbilisiyə və bu oliqarx bir həftədən sonra 10 milyon dollar pulu dövlətin büdcəsinə keçirdi. Biz də həmin pullara yeni qatarlar aldıq. Və yaxud avtoyola baxan oliqarx tərfindən aeroportdan şəhərə yeni yol salamaq üçün dövlətdən pul tələb olunurdu. Şeverdnadzenin ailəsi böyük telefon şirkətinin sahibi idi. Onun yeznəsi ölkədən qaçmaq istəyəndə, biz onu tutduq və bir neçə saat polisdə aparılan söhbətdən sonra Gürcüstan əhalisinin altı aylıq pensiyasını verməyə razı oldu və təqaüdləri payladıq. Onu da həbs etmədik. Mən heç kəsin biznesini əlindən almadım, o cümlədən Şeverdnadzenin. O mənə nifrət etsə də, mən onun biznesinə dəymədim. Mənim prezidentliyimin bir ili tamam olanda onu ailəsinin biznesi çiçəklənmişdi və sərvəti 1 milyard dollar idi. Mən Poroşenkoya da, başqa oliqarxlara da deyirdim ki, əgər təmiz işləsəniz əhali də varlanacaq, sizin sərvətiniz də artacaq. Amma, onlar bunu heç cür qəbul etmədi. Həmən Kolomoyskinin Gürcüstanda metaləritmə zavodu vardı. O həmişə vergisini verirdi, işləri də qaydasında olurdu. Siyasətə də qarışmırdı. Ukraynada əksinədi. Böyük oliqarxlar vergi ödəmirlər, yayınırlar, kiçik biznesmenlərin isə dərisini soyurlar. Əksinə olmalıdır. Böyüklər vergisini verməli, kiçiklərə də şərait yaratmalısan ki, o da inkişaf etsin. O zaman korrupsiya da olmayacaq .Ukrayna xalqı təbiətinə görə korrupsioner xalq deyil. Əgər biz Gürcüstan kimi yerdə korrupsiyanın qarşısını almışıqsa. Ukraynada daha asan ola bilər. Ukrayna xalqı əməksevər və əməyinin dəyərini bilən xalqdır. Onlar bunu hiss edəndən sonra heç vaxt korrupsioneri başlarının üstünə gətirməyəcəklər. Bunun üçün siyasi iradə lazımdır. Yuxarıda o adam olmalıdır ki, aylıq haqq tələb etməsin və oliqarxa da heç nə də borclu olmasın. O zaman hər şey yaxşı olacaq. Görüşənədək”.(azerbaycan24)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol