• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Özünü Elinanın “ən yaxın rəfiqəsi” adlandıran Züleyxa Şirinova əslində kimdir?-FOTO + VİDEO

Özünü Elinanın “ən yaxın rəfiqəsi” adlandıran Züleyxa Şirinova əslində kimdir?-FOTO + VİDEO
29.05.2020 06:03
Aprelin 4-də Səbail rayonu 162 nömrəli məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edən 15 yaşlı Elina Hacıyevanın ölümü ilə bağlı yeni məlumatlar yayılmışdır. Belə ki, iyunun 27-də "Düzdanışaq” Youtube kanalına müsahibə verən, özünü hadisələrin lap əvvəlindən Elinanın gizli sirrlərini bölüşdüyü ən yaxın rəfiqəsi və can dostu adlandıran, elə həmin məktəbin 9-cu sinif şagirdi Züleyxa Şirinovanın izləyici Kamilla Datsch tərəfindən göndərilmiş səs yazısı birbaşa canlı yayımda səsləndirilmişdir.Həmin audioda Z. Şirinova mərhumə Elinanın haqqında dəhşətli faktlar səsləndirmişdir.Səs yazısında Züleyxa Elinanın "yaxşı qız” olmadığını, eyni vaxtda bir neçə oğlanla görüşdüyünü, hətta həmin oğlanların evlərinə getdiyini, oğlanlarda intim foto və videolarının olduğunu bildirir.Səs yazısında eyni zamanda Züleyxa Elinanın bu sirrlərini hətta bacısı Dianaya belə demədiyini, təkcə ona söylədiyini səsləndirmişdir. Aparıcının "Bu sizin səs yazınızdırmı?” sualına Z. Şirinova, "Bəli, danmıram, mənim səsimdir. Lakin mən bu sözləri Diana haqqında demişəm” deyərək, özünə haqq qazandırmağa çalışmışdır.
Sözü gedən müsahibə efirə getdikdən sonra Elinanın sinif yoldaşlarının valideynləri redaksiyamıza Elina və Züleyxanın analarının sinif rəhbəri Çimnaz Mehdiyevaya yazdığı Whatsapp yazışmalarını təqdim etmişlər.Həmin yazışmalardan məlum olur ki, Züleyxa əvvəllər yaxın rəfiqə olduğu Elina ilə ölümündən bir neçə ay əvvəl qatı düşmənə çevrilmiş, hətta keçmiş rəfiqələr arasında münasibətlər o qədər pisləşmişdir ki, məsələyə valideynlər qarışmalı olmuşlar.Züleyxanın aqressiv münasibətindən bezən Elina və anası hələ yanvar ayında Səbail rayonu 8-ci polis bölməsinə, şəxsən polis mayoru Pərvanə Səfərovaya şikayət ərizəsi ilə müraciət etməli olmuşlar. Bu məsələdə məktəb rəhbərliyi və müəllimlər Elinanı dəstəklədiyinə görə qəzəblənmiş Züleyxa Şirinova məktəbi "boykot” edərək, 2 fevral tarixindən sonra ümumiyyətlə dərsə gəlməmişdir. Lakin görüşməsələr belə qızlar arasındakı münaqişənin Elinanın vəfat etdiyi günə qədər davam etdiyi onların telefon yazışmalarından məlum olur.162 nömrəli məktəbin şagirdlərindən aldığımız məlumata görə hadisədən dərhal sonra məktəbə Təhsil Nazirliyi tərəfindən göndərilmiş komissiya üzvləri sinifləri bir-bir gəzərək yuxarı sinif şagirdlərindən Elina haqqında məlumat toplamağa çalışmışlar.Bu zaman məlum olmuşdur ki, 9, 10 və 11-cisinif şagirdlərinin böyük əksəriyyəti Elinanı tanımır və məktəbdə belə bir qızın oxuması haqqında yalnız intihar hadisəsindən sonra xəbər tutmuşlar.Bəs Züleyxa Şirinovanı dəfələrlə kamera qarşısına keçərək ictimaiyyətə yalan danışmağa, Elinanın guya məktəbin bütün şagirdləri tərəfindən kütləvi olaraq incidildiyi haqda heç bir faktla əsasını tapmayan uydurma müsahibələr verməyə məcbur edən nədir? Nəyə görə verdiyi müsahibələrin heç birində keçmiş rəfiqəsi ilə münasibətlərinin pisləşməsindən, Elinanın ondan polisə şikayət etməsindən, hər iki qızın anaları arasında olan münaqişədən, Züleyxanın anası Leyla Şirinovanın sinif rəhbəri Çimnaz Mehdiyevaya Elinanı dəstəklədiyi üçün həqə-qorxu gəlməsindən və s. bir kəlmə də danışmamışdır.
Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, bu yazını yayımlamaqda məqsəd heç də istintaqın gedişinə mane olmaq deyil, əksinə bu müəmmalı qətl hadisəsində ictimaiyyətə qaranlıq qalan bəzi məsələləri araşdırmaqdan ibarətdir.Züleyxa və Elina arasında münasibətlərin hansı səbəbdən pozulduğunu növbəti yayımımızda araşdırmağa çalışacağıq. Bizi izləməyə davam edin.
Qeyd: Züleyxa və Elinanın analarının sinif rəhbərinə yazdığı Whatsapp yazılarını və "Düzdanışaq” Youtube kanalında efirə getmiş müsahibədən bir hissəni oxuculara təqdim edirik.(aztimes)
 
 
"Elinanın anası Sevil X. Və rəfiqəsi Leyla Şirinova” adlı videonun linki:
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Cəmiyyət 16:30
ABŞ şəhərlərinə yağan güclü qar nəqliyyatın hərəkətini tam iflic edib - FOTO/VİDEO
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Cəmiyyət 19:21
Bakıda sürücü və “parkovşik”lər cərimələndi - Video
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Cəmiyyət 19:19
Kəlbəcər-Laçın istiqamətindəki yeni infrasturuktura baxış keçirildi - Fotolar+Video
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Cəmiyyət 18:24
Bakıda narkokuryerliklə məşğul olan “bloger” saxlanıldı - Fotolar+Video
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
Cəmiyyət 19:41
Polis “Sədərək”də əməliyyat keçirdi - Video+Fotolar
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
Cəmiyyət 10:08
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Cəmiyyət 20:02
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - Video
Narkotik satan daha 27 nəfər tutuldu
Cəmiyyət 18:19
Narkotik satan daha 27 nəfər tutuldu
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Cəmiyyət 19:21
“Oskar”ın rəhbəri də həbs edildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol