• $ 1.7
  • € 1.9842
  • ₽ 0.021251
  • ₺ 0.0417
  • £ 2.2893

"Biz ən böyük radioötürücümüzü Şuşada qoyub gəlmişik" - Radioyayımla bağlı AÇIQLAMA

29.05.2020 11:26
Bu gün Azərbaycanda radioların yayımlanmasında bir çox problemlər var. Belə ki, Azərbaycan radiolarının ölkə içində dinlənilməsi tam olaraq mümkün deyil. Bəzi rayonlarda hətta gürcü, erməni, fars dilində radio dalğalar eşidildiyi halda  Azərbaycan radiolarını dinləmək mümkün olmur. Bəs bunun səbəbi nədir? Anews.az mövzunu araşdırmağa çalışıb.
 
 
Azərbacan internet forumunun prezidenti Osman Gündüz  bildirir ki, həqiqətən Azərbaycanda tezliklərlə bağlı ciddi  problem var. Hər bir radio televiziya tezlik üzərində oturur. Yəni onlar bəlli bir tezlik əldə edirlər ondan sonra fəaliyyətə başlayırlar. Azərbaycanda isə tezlik Allahın bəxş etdiyi bir nemətdir. Bizim qanunverciyilə görə bu resurs dövlətə məxsusdur. Bu da bir neçə yerə bölünür ki, radio televiziya məqsədləri üçün bu tezlikdən istifadə olunur. 
 
Məsələn əksəri radiolar bölgələrdə yayımlanmır və yaxud müxtəlif tezlik resurslarda bir radio bir neçə tezlik resursunda fəaliyyət göstərir.
 
Bunu biabırçılıq adlandıran ekspertin fikrincə, problemin ikinci tərəfi ondan ibarətdir ki, şimalda, cənubda, ölkənin sərhədlərinə yaxın ərazilərdə qonşu ölkələrin radioları aktiv fəaliyyət göstərir. Lənkəranda iranın 15 radiosu tutur. Şimala gedirsən Gürcüstan radiolarını eşidə bilərsən. "Bu bizim radiotezliklərlə bağlı Nəqliyyat Rabitə Yüksək texnologiyarı Nazirliyinin yanında radiotezliklər dövlət idarəsi , eyni zamanda Nazirlər Kabinetinin yanında radiotezliklər üzrə dövlət komissiyası var.  Biz radiotezliklər dövlət komissiyasına generallar komissiyası deyirdik. Çünki orda oturanların əksəriyyəti general idi. Əvvəllər o komissiyanın sədri Abid Şərifov idi. İndi heç kimə məlum deyil ki, o komissiyanın sədri var yoxsa yox?. Sonradan Abid Şərifovun yerinə Hacıbala Abutalıbov gəldi və məntiqlə o, olmalı idi. Amma faktiki, Abid Şərifov gedəndən sonra həmin komissiya başsız qalıb. Hələ də ora bir rəhbər qoyulmayıb. Ona görə də hesab edirəm ki, bu sahədə problemlər məhz o komissiyadan qaynaqlanır.  Milli radio tezliklər dövlət idarəsi zamanla açıqlamalar verir ki, tezliklərin təmizlənməsi və qorunması ilə bağlı müəyyən işlər görürlər, amma belə baxanda görmək olur ki, ciddi problemlər var. Adını çəkdiyim iki qurum mütləq işləri canlandırmalı və normal iş qurmalıdırlar. Həm düşmən ölkənin radioqurğuları Azərbaycan ərazisində fəaliyyət göstərməməli, həm də heç olmasa öz radiolarımız normal fəaliyyətini bərpa etməlidirn", deyə Osman Gündüz əlavə etdi.
 
Onun sözlərinə görə, eyni zamanda bu informasiya təhlükəsizliyi məsələsidir. Əslində Milli Teleradio Şurası monitoriq keçirməlidir. Nə üçün Azərbaycanın bir milli radio dalğası 40 tezlikdə eşidilməlidir. Bu tamamilə yanlış prosesdir.
 
Radio üzrə ekspert Cavid Nemətzadə isə açıqlamasında qeyd edib ki, bu radioların texniki imkanlarından asılı olan bir məsələdir. Əslində radiolarımızın yayımında əvvəlki illərə nisbətən  ciddi bir dəyişiklik yoxdur. Burda əsas səbəb ötürücülərin az olmasıdır. Ötürücü nə qədər çox olarsa bir o qədər də normal yayım olar. Radiolaırn peyk vasitsilə yaymı da mümkündür. Peyk yayımı olarsa radioların imkanları da genişlənəcək, həmçinin dinləyiciyə kefiyyətli yayım ötürmək olacaq . 
 
Ölkənin adını çəkilməsini istəməyən radişirkətinin rəhbərliyindən isə bildirdilər ki,  artıq GMS antenlər həddindən artıq çox olduğundan radio  dalğalara əks təsirlər gəlir. Yüksək mərtəbəli binalar da dalğaların qarşısını tutur və yayımda problemlər yaranır. Ondan ötrü radio dalğaların gücü artmalıdır. Azərbaycanda 2kv dan yuxarı güc verməyə icazə vermirlər. Ötürücülərin yaşayış yerlərinə yaxın olması buna səbəb kimi gətirilir.  Əsində isə radio dalğaların yaxşı tutması üçün minumum 5kv güc olmalıdır. 

Ermənilərin radio dalğalarının Azərbaycan ərazisində yayımlanmasına gəlincə isə  ekspertlər bildirdi ki,  biz o vaxt Şuşada qoyub gəldiyimiz qüllə çox hündür bir nöqtədə yerləşir və orda 5kv -lıq ötürücü  qoyanda Azərbaycanın bir çox aran hissəsini əhatə edirdı. Ağsuda da yeni bir qüllə qurulub. Sadəcə ora radiolar hələ ötürücülərini qoymayıblar. O bərpa olunduqdan sonra bütün radiolar həmin ərazilərdə tutacaq. Bu da radioşirkətlərin  cibinin böyüklüyündən asılıdır. Çünki hər bir radio şirkət ötürücünü öz vəsaiti hesabına alır . Bu isə kifayət qədər pul deməkdir.
 
Radio Azərbaycanda ən populyar  informasiya ötürmə vasitəsi sayilir. televiziyadan fərqli olaraq biz radioya bir məkanda durmadan qulaq asa və xəbər ala bilərik. Odur ki, bu imkandan  tək Bakı və böyük şəhərlərin  əhalisi deyil, əyalətlərdə yaşayan insanların da bəhrələnə bilməsinə diqqət yetirilməli, düşmən radioların ölkədə yayımının isə qarşısı alınmalıdır. 
 
Gülnar Nazimqızı 
 


Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol