• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Azərbaycanın Baş prokurorunun keçmiş müavini həbs edildi

Azərbaycanın Baş prokurorunun keçmiş müavini həbs edildi
28.05.2020 21:27
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovuncinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, altı il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, M.Cəfərov həbsdən əvvəl Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib.

Həmçinin, o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Cəmiyyət 16:16
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Cəmiyyət 15:43
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Deputat: Ağsuda zəlzələdən zərər görən 477 ev hələ də təmir olunmayıb
Cəmiyyət 15:42
Deputat: Ağsuda zəlzələdən zərər görən 477 ev hələ də təmir olunmayıb
Ötən il Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
Cəmiyyət 14:55
Ötən il Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
Naxçıvanda əhalinin sayı açıqlanıb
Cəmiyyət 14:49
Naxçıvanda əhalinin sayı açıqlanıb
Bakıda süpürgəçini maşın vurub
Cəmiyyət 14:23
Bakıda süpürgəçini maşın vurub
Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadılıb
Cəmiyyət 14:15
Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadılıb
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
Cəmiyyət 13:41
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub

AZAL yük və baqaj daşımalarını 50%-dən çox artırıb
Cəmiyyət 13:21
AZAL yük və baqaj daşımalarını 50%-dən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol