• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

"Ukraynaya dəstəyimiz qarşılıqlı prinsipə əsaslanır" - MÜSAHİBƏ

"Ukraynaya dəstəyimiz qarşılıqlı prinsipə əsaslanır" - MÜSAHİBƏ
02.09.2014 18:24
Hamı Rusiyanın öz "slavyan qardaşı" Ukraynaya qarşı həyasız müharibəsindən danışır. Hərbi hərəkətlər artıq dənizə yayılıb – bu gün Qara dənizdə Ukrayna gözətçi katerinə Rusiyanın zərbə endirməsi haqda xəbər verdilər. Rusiya ordusu Çeçenistan Respublikasından, Dağıstandan olan cinayətkar dəstələrlə və Ukraynanın separatçıları ilə bu ölkənin şəhərlərinə hücum edir. Moskvanın ukraynalılara hücum etməsinə səbəb olan Amerika ilə Avropa isə Rusiyaya qarşı sanksiyalara tətbiq etməkdən o yana gedə bilmir.ANN.Az mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Rasim Musabəyova müraciət edib.- Nə vaxta kimi Rusiya Ukraynaya hücum edəcək?- Ukrayna bu təcavüzə kifayət qədər sərt müqavimət göstərməyənə kimi və Avropa sərt, travmatik sanksiyalar qəbul etmək əvəzinə yumşaq tövr sərgiləyənə kimi bu müharibə davam edəcək. Avropa ukraynalıların əvəzinə Rusiya ilə vuruşmağa məcbur olmasalar da, heç olmasa, Rusiya təcavüzünə qarşı müqavimət göstərmək üçün yardım etməlidir.- Avropa Ukraynaya kömək göstərməklə bağlı yekdillik nümayiş etdirmir. Verilən xəbərə görə, Slovakiya Rusiya Federasiyasına qarşı tətbiq edilə biləcək hər hansı Avropa sanksiyasını bloklayacaq.- Böyük dövlətlər Amerika ilə birlikdə yekdil mövqe nümayiş etdirən kimi digər Avropa dövlətləri də onlara qoşulacaq. Düşünmürəm ki, Slovakiya və ya hansı başqa bir ölkə Moskvaya qarşı vahid qərb mövqeyini tormozlayacaq. Bunu istisna edirəm.Həqiqətən, Almaniya və İtaliya hələ tərəddüd edir, amma orada Rusiyanın hərəkətlərinə qarşı narazılıq tədricən artır. Mən bildiyim qədəriylə, əgər bir həftə ərzində Rusiyanın təcavüzü davam etsə, onda Avropada Rusiyaya qarşı çox ciddi sanksiyalar qəbul ediləcək. Rublun tez bir zamanda dollara və avroya qarşı məzənnəsinin düşməsinə görə bunun nə qədər ciddi olduğu barədə mühakimə yürütmək mümkündür. Ən ciddi ölçü olaraq qərb kredit bazarının Rusiya üçün qapadılmasını görürəm.- Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İttifaqından çıxa biləcəklərini deyərək anti-Rusiya bəyanatı ilə çıxış etdi. Belarus prezidenti Lukaşenko də həmçinin Rusiyanın antiukrayna hərəkətlərində Putini dəstəkləmədi.- Qazaxıstan ona görə narahat olmalıdır ki, Rusiya bu gün Ukraynaya qarşı etdiklərini sabah Qazaxıstana qarşı da edə bilər. Rusiyanın yürütdüyü siyasət onun sanksiyalara düşməsi və təcridlərlə nəticələnir. Belarus və Qazaxıstan isə Rusiyanın belə taleyini və hadisələrin bu cür gedişatını bölüşmək istəmir. Və onlar birmənalı bildirirlər ki, Ukrayna məsələsində Rusiyanın siyasətini bölüşmürlər və buna görə də Ukrayna ilə münasibətləri saxlayırlar. Düşünürəm ki, əgər Rusiya bugünkü siyasətini davam etdirəcəksə, onda Gömrük İttifaqında gərginlik artacaq.- Azərbaycan fermerləri Avropa ilə Rusiyanın iqtisadi müharibəsinə sevindilər və Rusiya mağazalarının boşalmış piştaxtalarını öz məhsulları ilə doldurmaq niyyətindədirlər.- Bizdə Rusiya ilə əvvəl də azad ticarət rejimi var idi. Əgər Rusiya bazarında yerlər azad olacaqsa, bizim ixracımızda nəsə bir artım olacaq. Amma rəfləri doldurmaqla ixracı 50-100% artırmaq olmaz. Faktiki olaraq, əgər Rusiyada Azərbaycan kənd təsərrüfatı məhsullarının satışı artsa, bu, Azərbaycanda qiymətləri avtomatik qaldıracaq. Düşünmürəm ki, Azərbaycan hakimiyyəti bunda maraqlı olsun.- Ukraynadakı hadisələrlə əlaqədar Azərbaycan rəhbərliyinin siyasi bəyanatı yoxdur.-  Azərbaycan öz siyasi münasibətini BMT-də və Avropa Şurasında səsvermə zamanı ifadə etdi. Biz Krım məsələsi də daxil olmaqla Ukrayna ilə həmrəyik.Düşünürəm ki, heç kim qarşılıqlı prinsipi ləğv etməyib. Erməni silahlı qüvvələri Azərbaycana soxulub torpaqlarımızı işğal edərkən, Sarkisyan və onun müdafiə naziri bu torpaqlara həyasızcasına səfər edib burada hərbi təlimlər keçirərkən, biz Ukraynadan etiraz səsləri eşitmirdik.- Onlar indi də susurlar…- Hər şey qarşılıqlıdır. Əgər Ukraynanın bizə köməyi BMT-də Azərbaycanın ərazi bütövlüyünün müzakirəsi zamanı səsvermədən ibarət idisə, onda Ukrayna bizdən səsvermədən artıq dəstək gözləməyə haqlı deyil.Kamal ƏliANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xankəndidə keçirilən Zirvə Görüşünün xüsusi mənası var -İlham Əliyev
Siyasət 13:36
Xankəndidə keçirilən Zirvə Görüşünün xüsusi mənası var -İlham Əliyev
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI
Siyasət 13:01
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI
Эрдоган прибыл в Азербайджан для участия в саммите ОЭС
Siyasət 12:22
Эрдоган прибыл в Азербайджан для участия в саммите ОЭС
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Prezident Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
Siyasət 12:19
Prezident Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
Rusiya siyasətçisi Azərbaycan diasporunun fəaliyyətinin yoxlanılmasını tələb edib
Siyasət 12:08
Rusiya siyasətçisi Azərbaycan diasporunun fəaliyyətinin yoxlanılmasını tələb edib
Nazir parlamentdəki büdcə müzakirələrini yüksək qiymətləndirib
Siyasət 11:31
Nazir parlamentdəki büdcə müzakirələrini yüksək qiymətləndirib
Konstitusiya Məhkəməsinə təyin olunan yeni hakimlər Parlamentdə and içiblər
Siyasət 11:13
Konstitusiya Məhkəməsinə təyin olunan yeni hakimlər Parlamentdə and içiblər
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Siyasət 11:04
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol