• $ 1.7
  • € 1.9774
  • ₽ 0.021061
  • ₺ 0.0414
  • £ 2.2874

Hitlerin övladı olubmu? - MARAQLI FAKTLAR

Hitlerin övladı olubmu? - MARAQLI FAKTLAR
28.05.2020 20:52
Hitlerin övladları haqqında qarmaqarışıq həqiqət: Fürer doğrudanmı ata idi?
 
Tarixçilərin, eləcə də Hitlerin özünün iddiasına görə onun heç vaxt övladı olmayıb. Lakin Hitlerin oğlu olduğu deyilən bir şəxs var və çox güman ki, Hitlerin özünün ondan lap əvvəldən xəbəri olub.


 
Hitlerin ailəsi gəzinti zamani

Adolf Hitlerin qorxunc hökmranlığı 1945-ci ildə başa çatsa da onun nəsli bəlkə hələ də davam edir. Ötən 70 il ərzində bəşəriyyətin yaraları sağalsa da hələ də ortada belə bir bir sual qalır: Hitlerin həqiqətən varisi var?

1945-ci ildə Berlində bunkerdə gizlənmiş Hitler aktrisa Eva Braunla evləndi. Lakin cütlüyə ailə həyatı yaşamaq qismət olmadı. Çünki nikah mərasimindən cəmi bir saat sonra dünyanın ən pis diktatorlarından biri, yəni ki, Hitler intihar etdi. Eva Braun da ərinin yanında öldü.


 
Adolf Hitler və arvadı Eva Braun

O gündən bəri tarixçilər yekdil qərara gəliblər ki, Hitlerin nəslinin davam etdiyini təsdiqləyən heç bir sübut yoxdur. Tez-tez uşaqlara olan sevgisindən danışmasına ( kinayəli olsa da ) baxmayaraq diktator özünün ata olmağını hər zaman inkar edib.

İkinci Dünya müharibəsindən dərhal sonra Hitlerin hamıdan gizli saxlanılan övladının olması barəsində şayiələr yayıldı. Əslində bu, həqiqətdir. Hətta Fürerin Heynz Linq adlı xidmətçisi də bir dəfə Hitlerin özünün ata olması barədə ehtimal irəli sürdüyünü bildirmişdi.

Dünyanın hər yerində insanlar bu oğlanın, yaxud qızın atasının yolunu davam etdirəcəyindən qorxurdular.

İnsanların qorxu hissi keçirmələrinə  baxmayaraq Hitlerin uşaqları barəsində şayiələr əsassız olaraq qalırdı – ta ki, Jan Mari Loret ortaya çıxana qədər.

Hitlerin övladı var idimi?


 
Adolf Hitler və Roza Bernilin Hitlerin istefa verdiyi 1933-cü ilə aid fotoşəkli. Bu şəkil Aleksandr adlı tarixçinin həyata keçiridiyi  hərracda satılıb. Deyilənlərə görə, Roza Bernil yəhudi idi.

Başlanğıc üçün tarixçilər ümumilikdə belə bir fikrin üzərində dayanırlar ki, Hitlerin məşuqəsi və qısamüddətli arvadı olmuş Eva Braundan uşağı olmayıb. Əslində bu fakt uşağının olmamağı barədə Hitlerin özünün dediklərinə çox yaxındır. Bu adamın intim, səmimi münasibət yaşamaqla bağlı konkret problemləri var idi və yəqin buna görə də nəsil artırmaq istəməyib.

Rudolf Hess bir dəfə Hitler barəsində belə yazmışdı: "Onun heç vaxt evlənmək fikri olmayıb və hətta eşitdirib ki, qadınlarla ciddi münasibətlərdən qaçır. Xırda adam olmamaq, öz mülahizələrini bir kənara qoyub istənilən vaxt hər cür təhlükə ilə üzləşmək və hətta lazım gəlsə ölməyi bacarmaq onun həyatının əsas qayəsi olub."

Həqiqətən də tarixçi Heyk B. Qörtmeyker yazdığı "Eva Braun: Hitlerlə həyat" bioqrafiyasında bildirib ki, Hitler uşaq istəmədiyini gizlətməyib. Onun belə bir söz deyib-demədiyi hələ dəqiq məlum deyil, baxmayaraq ki, Hitler bir yerdə qərar tutub evlənən, ailə quran kişilər barəsində belə söyləyib: "Kişi ona valeh olan qadından ötrü mütləq nəsə itirir. Sonra isə daha əvvəlki kimi sərbəst ola bilmir."

Bu sözlərə baxmayaraq Hitlerdən uşağı olduğunu iddia edən Jan Mari Loret adlı bir qadın var idi.  Uzun illər hətta Marinin özü oğlunun DNA-sının digər yarısının kimə məxsus olduğunu bilmirdi. Sonradan isə 1948-ci ilin heç nə ilə fərqlənməyən adi bir günündə o, tam əmin oldu ki, oğlunun naməlum atası Hitlerdən başqası ola bilməz.


 
Jan Mari Loretin çəkdiyi bu şəkil yəqin ki, Hitlerin övladlarından birinindir.

Loretin anası Şarlotta Lobjonun dediyinə görə qızı ilə fürer arasında münasibət olub, o vaxt qızının cəmi 16 var idi, Hitler isə adi alman əsgəri idi.

Şarlotta deyib: " Bir gün digər qadınlarla birgə ot biçdiyim yerdə küçənin o biri tərəfində bir alman əsgəri gördük. Qərara aldıq ki, ona mən yaxınlaşım."
 Beləliklə gənc qadının 28 yaşlı kişi ilə münasibətləri başladı. Həmin gənc 1917-ci ildə Pikardiya bölgəsində fransızlarla müharibə zamanı istirahət etmək üçün Şarlottagilin kəndinə gəlmişdi.

Lobjenin illər sonra atası barədə oğluna dedikləri: "Sənin atan çox az hallarda adam arasına çıxardı. Məni mənzərəli kənd yerlərini gəzdirərdi. Amma bu gəzintilərin axırı çox vaxt pis qurtarardı. Atan təbiətdən ilhamlanaraq heç nə başa düşmədiyim dildə ardı-arası kəsilmədən nitq söyləyərdi. Fransızca danışa bilməsə də xəyali bir auditoriya ilə almanca çox gözəl söhbət edirdi."

Bu münasibətdən qısa müddət sonra, 1918-ci ilin martında Jan Mari Loret dünyaya gəldi. Bu zaman onun atası artıq sərhəddi keçərək Almaniyaya qayıtmışdı.

Lobje oğlunu 1930-cu illərdə övladlığa verdi və Jan Mari Lobje dönüb oldu Jan Mari Loret.

İkinci Dünya Müharibəsi vaxtı 1939-cu ildə Lobjenin oğlu almanlara qarşı vuruşmaq üçün fransız ordusunun sıralarına qatıldı. Bu zaman Lobje hələ sağ idi və oğlunu taparaq ona özü və doğma atası barədə həqiqəti söylədi.

Hitlerin övladı olmaq çox da ürəyindən deyildi

Anasının dediyi sözü könülsüz də olsa fakt kimi qəbul edən Loret mirasını axtarmağa başladı. O, alimlərin də köməyindən istifadə edərək öyrəndi ki, qan qrupu və əl yazısı Hitlerinki ilə düz gəlir.

Loret həmçinin şəkillərə baxanda Hitlerlə qorxunc bir oxşarlığının olduğunu hiss etdi.

İllər sonra alman ordusuna aid sənədlər üzə çıxanda məlum oldu ki, zabitlər İkinci Dünya Müharibəsi vaxtı Şarlotta Lobjeyə paçka-paçka nağd pullar gətiriblər. Bu  ödənişlər Lobjenin Hitlerlə əlaqəsini üzməməsi barədə iddialarını bir daha sübut edir.

Anasının ölümündən sonra Loret ona məxsus çardaqda diktatorun imzaladığı rəsam əsərləri tapır. Bundan başqa, Hitlerin kolleksiyasındakı bir tabloda təvir edilən qadınla Lobje arasında inanılmaz bənzərlik var idi.


 
Hitlerin çəkdiyi aşağı sağ küncündə şəxsi imzası olan bu tablo Şarlottanın evinin çardağında tapılmış rəsm əsəri ilə oxşardır.

1981-ci ildə Loret ″Sənin atanın adı Hitler idi″ başlıqlı avtobioqrafiya buraxdı. Bu kitabda Loret atasının kimliyini müəyyənləşdirməkdən ötrü hansı çətinliklərə tab gətirməyindən bəhs edirdi. Özünün nəsil şəcərəsini sübuta yetirməyə çalışdıqca o, mirasının səbəb ola biləcəyi nəticələri də araşdırırdı.
Loret iddia edib ki, Hitlerin onun varlığından xəbəri olub və hətta Loretin onun oğlu olmasına dair bütün sübutları məhv etməyə cəhd göstərib.

Loret 1985-ci ildə 67 yaşında vəfat etdi. Ona atasını görmək qismət olmadı.

Adolf Hitlerin nəvə-nəticələri


 
Xanım Bricid Hitler Adolf Hitlerin ögey qardaşı olan Aloysun həyat yoldaşıdır. Bu şəkildə o, Nyu York şəhərində Astor hotelinin qarşısında oğlu Vilyam Patrik Hitlerlə  sağollaşır. Oğlu Kanada Hərbi Hava Qüvvələrində hərbi xidmət etməyə gedir.

Hitlerin övladlarının varlığı hələ də sual altında olsa da 21-ci əsrdə həqiqətən də onun nəsli davam edir.

Adolf Hitlerin digər nəvə-nəticələrindən  Piter Robal və Heyner Hokeqer hal-hazırda Avstriyada yaşayırlar. Bundan başqa Aleksandr, Luis və Brayn Stüart-Hudzonlar Lonq aylənddə məskunlaşıblar.

Stüart-Hudzon qardaşları birbaşa Hitlerin ögey (atabir, anaayrı, yaxud anabir, ataayrı) qardaşı Aloysun ata tərəfdən olan qohumlarıdır.

Aloys Dublindən olan gənc bir qadına vurulmuş, oğulları dünyaya gəldikdən sonra isə həmin qadını atıb getmişdi. Həmin oğlanın adı Vilyam Patrik Hitler idi.

Vilyam ata qohumları ilə yaxın olmasa da vaxtını əmisi Adolf Hitlerlə keçirirdi. Hitler onun barəsində "mənim mənfur qardaşoğlum" deyərək danışırdı. Vilyam ata tərəfi haqqında aydın təsəvvür yaratmaq üçün axırda Amerikaya getməli oldu.

Birləşmiş Ştatlar Vilyam Patrik Hitlerin bədnam adına görə onu öz silahlı qüvvələrində hərbi xidmətə götürməkdən imtina etdikdən sonra Vilyam birbaşa prezident Ruzveltə məktub yazdı. Vilyam Federal Təhqiqat Bürosunun yoxlamasından keçdikdən sonra Ruzvelt onun Birləşmiş Ştatların donanmasına götürülməsinə zəmanət verdi.


 
Qəbri tapılmamış sonuncu nasist diktatorunun 34 yaşlı qardaşı oğlu birinci dərəcəli dənizçi Vilyam Patrik Hitler (solda).  Bu foto-şəkildə o, Bostondakı Farqo təxris mərkəzində Birləşmiş Ştatlar donanmasındakı hərbi xidmətdən azad olunur.

 İkinci Dünya Müharibəsində Vilyam Patrik Hitler öz əmisinə qarşı vuruşmuşdu. Müharibə başa çatandan sonra o evləndi, adını dəyişdi və Amerikada məskunlaşdı. 1987-ci ildə dünyasını dəyişəndə onun 3 oğlu var idi.

Hitlerin qardaşı nəvələri Stüart-Hudzon qardaşları nəsillərinin qaranlıq keçmişindən tamamilə üz çevirərək  amerikan həyat tərzinə uyğunlaşdılar.

Jurnalist Timoti Ribakın dediyi kimi onlar kim olmalarının üzə çıxması və bununla da həyatlarının məhv olması qorxusu ilə yaşayırlar... Amerikan bayraqları asılmış evlər və hürən itlər mahiyyətcə ortabab amerikan mənzərəsi yaradırdı.

Hitlerin digər iki törəməsi Avstriyada yaşasalar da diktatorun irsindən uzaq olmağa çalışıblar. Piter Robal deyib: "Bəli, mən Hitlerin mirası barədə hər şeyi bilirəm, lakin mirasla heç nə etmək istəmirəm. Bu barədə heç nə etməyəcəyəm. Sadəcə qulağımın dinc olmasını istəyirəm."
 
Hitlerin nəsli kəsilmək üzrə
 
 
 Hitler uşaqlara və heyvanlara olan sevgisi ilə tanınırdı. Bu onun Bernil ilə digər bir şəklidir.
 
Təsadüf deyil ki, Stüart-Hudzonların - Hitlerin nəslinin ata tərəfdən davamçıları olan bu kişilərin heç biri nəsillərini davam elətdirməyiblər.
Robal və Hokerin heç biri evlənməyib, uşaq sahibi də deyillər. Deyilənlərə görə onların heç belə bir fikirləri də yoxdur.
 
Aleksandr Stüart-Hudzon isə bu məsələdə qardaşları kimi düşünmür. O deyib: "Ola bilsin ki, qardaşlarım evlənməmək, uşaq sahibi olmamaq barədə söz veriblər, amma mən yox." Bu sözlərinə və 69 yaşı olmasına baxmayaraq Aleksandrın özü hələ də övlad sahibi deyil.
 
 Qardaşlar barəsində bu deyilənlər şayiədir və dəlil-sübuta əsaslanmır. Buna baxmayaraq belə görünür ki, bu kişilər hələ uzun müddət əvvəl Hitlerin ailəsinin son davamçıları olmağı qərara alıblar. Onların hamısı günü-gündən qocalır, ən böyüklərinin 88 yaşı var.
 
Heç biri Hitlerin bioloji övladı olmayan bu beş nəfərdən sonra Fürerin nəsli rəsmi şəkildə sona çataraq tarixdə qalacaq. Bu adamlar indiyə kimi dinc və azad həyat yaşayıblar. 
 

 Tərcümə: Məhəmməd Hüseynov


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol