Putin: "Onlar faşistdirlər"
Vladimir Putin Ukrayna qoşunlarını faşistlərlə müqayisə edib
Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının mülki əhalini atəşə tutmasını, 2-ci dünya müharibəsində faşistlərin Leninqradı mühasirəyə alması ilə müqayisə edib.
ANS PRESS-in məlumatına görə, məsələrə fərdi prizmadan aydınlıq gətirən Rusiya lideri deyib ki, Ukraynanın şərqində yaşayan sakinlər fevralda baş verən "dövlət çevrilişi” ilə razılaşmadıqları üçün zülmə məruz qalır.
"Ukrayna ordusu, həm kiçik yaşayış məntəqələrini, həm də iri şəhərləri mühasirəyə alıb. Onlar infrastrukturu məhv etmək, müqaviməti qırmaq üçün birbaşa yaşayış məntəqələrini atəşə tutur. Nə qədər qəmgin olsa da, bu mənə 2-ci dünya müharibəsini xatırladır, o vaxtkı alman-faşist işğalçıları bizim şəhərləri, o cümlədən Leninqradı mühasirəyə alaraq, birbaşa yaşayış məntəqələrinə zərbələr endirirdi”, - deyə Rusiya prezidenti bildirib
Putin Ukrayna münaqişəsi ilə bağlı şərhlərini Tverdə keçirilən Gənclər Forumunda səsləndirib.
Xatırladaq ki, Leninqradın 872 günlük mühasirəsi zamanı 670 mindən çox dinc əhali həlak olub.
Leninqrad döyüşləri Rusiyada əsas fədakarlıq və qəhrəmanlıq nümunəsi sayılır.
ANN.Az
Son xəbərlər
Daha çox