• $
  • £

Yeni formalar bu yol polislərinə verildi

Yeni formalar bu yol polislərinə verildi
17.08.2019 12:20
Artıq Respublika Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti əməkdaşlarına yeni uniformaların verilməsinə başlanılıb.
Anews.az-ın məlumatına görə, yeni xidməti formalar ilk olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) yol patrul xidməti əməkdaşlarına paylanıb. Lakin paytaxtda da bütün yol polisi əməkdaşları yeni formalarda deyil.
Məsələ ilə bağlı BŞDYPİ-dən Trend-ə bildiriblər ki, yeni formalar ilk olaraq Bakının mərkəzi hissəsində xidmət həyata keçirən yol polisi əməkdaşlarına paylanılıb: "Yaxın günlərdə Bakının digər rayonlarında da əməkdaşlara yeni formalar paylanacaq. Bundan sonra mərhələli şəkildə respublika üzrə bütün yol polisi əməkdaşlarına yeni formaların paylanılması həyata keçiriləcək".
Qeyd edək ki, yeni forma əvvəlkilərdən gödəkçə, köynək və kəmərləri ilə fərqlənir. Belə ki, yol patrul xidməti əməkdaşlarına verilən yeni formada köynək və gödəkçə qara rənglidir. Gödəkçənin üzərinə ağ xətt əlavə edilib. Yol-patrul xidməti əməkdaşlarına verilən yeni köynək isə əvvəlki kimi ağ deyil, qara rəngliddir. Köynəyin üzərində qırmızı zolaq yerləşdirilib. Köynəyin materialı və dizaynı da əvvəlkilərdən fərqlənir.
Yeni formada yol-patrul xidməti əməkdaşının kəmərinin rəngi isə əvvəlki kimi ağ olsa da, materialı dəyişib.//Trend.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qusarda sel aparan şəxsin meyiti tapılıb
Cəmiyyət 16:11
Qusarda sel aparan şəxsin meyiti tapılıb
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 14:59
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Nazir Badamdarda sürüşmə sahəsinə gedib
Cəmiyyət 14:44
Nazir Badamdarda sürüşmə sahəsinə gedib
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Cəmiyyət 13:41
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Nazir müavini Keşləyə gedib
Cəmiyyət 13:31
Nazir müavini Keşləyə gedib
Bakıda yağış yağacaq, külək güclənəcək -PROQNOZ
Cəmiyyət 13:17
Bakıda yağış yağacaq, külək güclənəcək -PROQNOZ
Eldar Əzizov Keşləyə gedib
Cəmiyyət 12:54
Eldar Əzizov Keşləyə gedib
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Cəmiyyət 12:45
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Cəmiyyət 12:27
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol