• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib
29.05.2020 05:18
Avqustun 18-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının paytaxtda yerləşən "N” saylı hərbi hissəsində olub. 

DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyətin və hərbi texnikanın baxışa hazır olması barədə raport verib. 

Nazir şərəf manqası ilə salamlaşdıqdan sonra şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə yaxından tanış olub, xidməti istifadədə olan texnikaya baxıb, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə maraqlanıb. 

Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla qeyd edib.

Şəxsi heyətə konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə,  xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib, xidmətdə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı müvafiq göstəriş verib.

Sonra Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. 
Tədbirin sonunda general-polkovnik V.Eyvazov hərbi hissənin əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda kişi dəm qazından boğulub
Cəmiyyət 09:19
Bakıda kişi dəm qazından boğulub
Leyla Əliyeva “Qış nağılı”nın açılışında
Cəmiyyət 23:30
Leyla Əliyeva “Qış nağılı”nın açılışında
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:38
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü
Cəmiyyət 22:15
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü
Masallıda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:29
Masallıda iki avtomobil toqquşub, ölən var
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Cəmiyyət 18:17
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
Cəmiyyət 18:06
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
10 günün əsgəri ölüb
Cəmiyyət 17:56
10 günün əsgəri ölüb
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Cəmiyyət 17:40
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol