• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video

Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video
28.05.2020 21:39
Honduras çempionatının "Olimpia” – "Motaqva” oyunundan əvvəl kütləvi dava düşüb.

Oxu.Az xəbər verir ki, Hondurasın paytaxtı Tequsiqalpanı təmsil edən hər iki komandanın oyunundan əvvəl azarkeşlər arasında iğtişaş yaşanıb.
Belə ki, "Olimpia”nın fanatları "Motaqva”nı stadiona aparan avtobusa daş atıb və üç futbolçunu yaralayıb. "Seltik”in sabiq futbolçusu Emilyo İsaqire gözündən zədə alıb. Həmçinin paraqvaylı Roberto Moreyra ilə argentinalı Xonatan Ruqye şüşə parçaları ilə yaralanıblar.

Sürücü Markos Kastelyanosun sözlərinə görə, 250-yə yaxın adam butulkalarla avtobusa hücum edib. Bu səbəbdən Milli Liqa və polis oyunun keçirilməsini təxirə salıb. Ancaq komandaların fanatları stadion ətrafında və daxildə dava etməyə başlayıb.
Hətta polisin gözyaşardıcı qazdan istifadəsinə qədər stadionda güllə səsləri eşidilib. Nəticədə üç nəfər yerindəcə həyatını itirib, dördüncü isə xəstəxanada dünyasını dəyişib.

"Olimpia”nın prezidenti Rafael Vilyeda fanatlardan futbola zərər verən bu hərəkətləri dayandırmağa çağırıb.
Qeyd edək ki, əvvəllər də bu derbi vaxtı belə xoşagəlməz hallar yaşanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
İranda mitinq keçirilən ərazidə partlayış olub
Dünya 14:00
İranda mitinq keçirilən ərazidə partlayış olub
İsrail Tehrandakı hökumət binalarına silsilə zərbələr endirib
Dünya 11:29
İsrail Tehrandakı hökumət binalarına silsilə zərbələr endirib
Türkiyədə bələdiyyə sədrisaxlanılıb
Dünya 10:34
Türkiyədə bələdiyyə sədrisaxlanılıb
İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir
Dünya 10:20
İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir

ABŞ Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib
Dünya 09:15
ABŞ Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol