• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA

21.08.2019 15:17
Redaksiyamıza azyaşlı oğlan uşağının anası və xalası tərəfindən evdə işgəncələrə məruz qalmasına dair məlumat daxil olması barədə xəbər vermişdik.

Anews.az saytına daxil olan məlumatda azyaşlı uşağın ayaqlarının bir-birinə zəncirlənməsini sübut edən foto və video da var idi.

Lakin, zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun fotosunda üzünü gizlədərək sizə təqdim etsək də, videonu təqdim etmədik. Azyaşlının səsinin, əlamətlərinin tam düşdüyü videonun internet üzərindən yayılmasını, düzgün hesab etməsək də, məsələ ilə əlaqədar bütün dövlət qurumlarına göndərməyə hazırıq.

Görüntülərdə isə uşaq bildirirdi ki, nadinclik etdiyi üçün xalası onun ayaqlarını 2 gün bir-birinə zəncirlə bağlanılmış formada saxlayıb.

"Nadinclik etdiyim üçün mənim ayaqlarımı bir-birinə xalam zəncirləyib. Anamla xalam  işə gedirlər, mən axşama saat 12-ə kimi tək qalıram evdə. Qapını da arxadan açarla bağlayıblar. Ancaq yemək var, özüm yeyirəm”,- deyə azyaşlı bildirib.

Məsələ ilə bağlı ekspertlərin də fikrini öyrəndik.

Təmiz Dünya Qadinlara Yardim Ictimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, o uşaq dərhal ordan çıxardılmalıdır və dövlət müəssəsinə verilməlidir.

Onun sözlərinə görə, böyük ehtimalla ana xalanın tabeliyində olduğuna görə xala istədiyi formada davranır.



"Başqa bir hal ola bilər ki, ana üçün şərait yaradılmalıdır ki, xalanın tabeliyində qalmasın. Biz bu işdə o uşaqla anaya sığınacaq verərik. Hətta uşağın sağlamlığı ilə bağlı müəyyən addımlar atarıq ki problemi həll edək. Ən vacibi isə həmin xala mütləq cəzalanmalıdır. Cənab prezidentin özünün də qərarı budur ki, uşaqlara qarşı zorakılıq cəzası olmalıdır. Belə insanlara qarşı dərhal tədbir görülməldir və bu birbaşa cinayət məsələsidir”, - deyə Təmiz Dünya Qadinlara Yardim Ictimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Məsələ ilə bağlı vəkil Xəyal Bəşirovla da danışdıq.

Vəkil deyir ki, əgər ana uşağa baxmırsa, uşağın qayğısına qalmırsa bu cür hrəkətlərin baş verməsinə bilavəstə iştirakçı olursa bu zaman ana valideynlik hüququndan məhrum oluna bilər.

Onun sözlərinə görə, valideyin əsas vəziflərindən biri budur ki, uşağı sağlam böyüsün, ailə məcəlləsinə uyğun vəzifləri var ki, onlara əməl etməyə borcludur.



"1989 –cu il BMT konvensiyası var, uşaq hüquqları haqqında. Orda da nəzərdə tutulub ki, bu cür hallara yol verilə bilməz. Bu uşağa qarşı cinayətdir. Uşağa qarşı işgəncə xarakterli hərəkətlərdir. Əgər sübuta yetirilərsə xalası uşağa işgəncə edir, bu zaman həmin xala da cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu halda xalanın əməli Azərbaycan Respublikası Cinayət Məcələsinin  133-cü maddəsinə tövsif edilə bilər. Bu maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində törədilibsə və eyni zamanda uşağın sağlamlığına ağır və ya az ağır xəsarətlər yetirilbsə, həmin şəxs barəsində 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlənilir. Əgər uşağın anası bu hərəkətlərdə iştirak edibsə, onu da eyni məsuliyyət gözləyir”, - deyə vəkil Xəyal Bəşirov bildirib.

Məsələ ilə bağlı Bakı polisi bildirib ki, araşdırmalar aparılır.

Lakin, bizdə olan məlumata görə, polislər gəlib azyaşlının xalasını dindirmək üçün bölməyə apardıqdan sonra, qadın yenidən sərbəst buraxılıb.  Məhləyə qayıdıb, azyaşlını həyətdə oynayarkən görüb və hər kəsin içində onu yenidən acılayıb.

Hətta bizə göndərilən başqa bir səs yazısında, qadının "Polis kimdir ki, mənim uşağımı danışdırsın? Onun böyüyü yoxdur? Onu vəzifəsindən çıxartdıraram mən”, - deyə ucadan qışqırır.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol