• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Qərb-Rusiya savaşında kim udur, kim uduzur? - Ekspert rəyi

Qərb-Rusiya savaşında kim udur, kim uduzur? - Ekspert rəyi
26.08.2014 10:47

Rasim Musabəyov: “Rusiya texnoloji cəhətdən Qərbdən onsuz da geridə qalır”; Zəfər Quliyev: “Rusiyanın nə siyasi-hərbi, nə maliyyə, nə diplomatik, nə də müasir texnoloji potensialı Amerika ilə rəqabət iqtidarında deyil”

“Rusiya ilə Qərb qarşıdurmasında üstün tərəf təbii ki, Qərbdir. Rusiya Ukraynada ən böyük zərbəni özünə vurdu. Bu gün də Ukrayna və Gürcüstanı özünə qarşı qoyub. Halbuki pravoslav olan bu iki xalq əsrlərlə bir-birinə qarşı yaxşı münasibətdə olub. Artıq Gürcüstanda Saakaşvili dövrü başa çatıb. Gürcüstanda yeni gələn iqtidarın dönəmində də görürük ki, Rusiya Gürcüstanla münasibətləri normallaşdıra bilməyib”.

Bu sözləri politoloq, deputat  Rasim Musabəyov Qərb-Rusiya qarşıdurmasında hansı tərəfin üstünlük qazanması haqda prosesləri şərh edərkən dedi. Politoloq  dedi ki, Gürcüstanda baş verənlər Ukraynada da oldu və bunun üstündən asanlıqla keçmək mümkün deyil. R.Musabəyov Rusiyanın bu davranışını yanlış və strateji baxımdan mənafeyinə ziddi siyasət hesab edir: “Rusiya özünü tox göstərməyə çalışır. İndi bu proseslərdə Qərbin udduğunu deməyə çətinlik çəkirəm. Amma Rusiya heç nə qazanmadı. Əslində Qərbin iqtisadi sanksiyaları Rusiyaya ciddi şəkildə ziyan vurur. Rus oliqarxlar nə edəcəklərini bilmirlər. 

Amma özlərini tox aparmağa can atırlar. Əslində bilmirlər nə etsinlər ki, pullarını sığortalasınlar. Onlar anti-Qərb mövqedən çıxış edirlər, bir tərəfdən də Qərbə tərəf cumurlar. Çünki pulları, evləri, uşaqları Qərbdədir. Bu halda onların davranışı məntiqsiz siyasətdir. Bu sanksiyalarda ən böyük zərbəni də rus xalqı alacaq".

Ekspert Rusiyaya qarşı SSRİ-yə tətbiq olunan dərəcədə sanksiyalar olmadığını desə də, bununla belə, Rusiyanın Qərblə münasibətləri korlayaraq inkişaf etməsini nonsens sayır: “Nə olsun ki, Kuba, Şimali Koreya da yaşayır. Ancaq inkişaf getmir. 

Qərbin investisiyalarından, menecmentlərindən məhrum olmaqla yaşamaq ölkəni geriyə aparır.

Rusiya texnoloji cəhətdən Qərbdən onsuz da geri qalır. Hətta Çin Rusiyanı geridə qoyub. Çin özünü Rusiya kimi aparmır. Onlar anlayırlar ki, Qərblə qarşıdurmaya gedəndə Çin inkişaf edə bilməz. Fərz edirəm ki, Rusiyanın ağlı başına gələcək". 

Qərb-Rusiya savaşının Cənubi Qafqaz poliqonunda kimin güclü tərəf görünməsinə gəlincə, R.Musabəyovun fikrincə, Azərbaycan bazarlığı Moskva ilə etməlidir: “Cənubi Qafqazda Rusiya ilə heç kəs vuruşmaq istəmir. Rusiya da bu kartdan istifadə edir. Üstəlik, ermənilər onların əlinin altındadır. Amma Azərbaycan da avam deyil. 

Bizi təhdid etməklə, cəbhə xəttində gərginlik yaratmaqla Azərbaycanı ələ almaq qeyri-mümkündür. Artıq o mərhələ gəlib çatıb ki, Ermənistanla danışıqlar aparılmamalıdır. Danışıqları yalnız Rusiya ilə aparmalıyıq". 

Politoloq Zəfər Quliyev bu kontekstdə fərqli düşünür. Onun fikrincə, bir neçə il əvvələ qədər bu sual ortaya gəlmirdi. Siyasi şərhçi hesab edir ki, SSRİ-nin süqutundan sonra dünyada “soyuq müharibə”, iki qütblülük geridə qalmışdı: “Amerika birmənalı üstünlüyə malik idi. Dünyada cərəyan edən proseslər Amerikanın rəyi ilə həll olunurdu.

Ancaq Putin iqtidara gəldikdən sonra Rusiyanın geosiyasi iddiaları yüksəlib. Rusiya Amerikanın dünyadakı hegemonluğu ilə hesablaşmaq istəmir. Rusiya çoxqütblü modelə qayıtmaq istəyir və Moskva Amerikaya deyir ki, özünə bərabər opponent kimi onu qəbul etməlidir". 

Z.Quliyevin sözlərinə görə, Rusiya müasir dünyanın konfiqurasiyasını dəyişmək istəyir: “Moskva Qərbə deyir ki, onunla razılaşmalıdır. Ukrayna siyasətində də görürük ki, daima iddialarını irəli sürür. Ancaq bu iddialar reallığa əsaslanmır. 

Çünki Rusiyanın nə siyasi-hərbi, nə maliyyə, nə diplomatik, nə də müasir texnoloji potensialı Amerika ilə rəqabət iqtidarında deyil. Üstəlik, iqtisadi sanksiyalar ciddi şəkildə təsir edir. Rusiya bu cür rəqabətə davam gətirmək gücünə malik deyil".

Politoloq güman edir ki, dünya yaxın zamanlarda Qərb-Rusiya qarşıdurmasında Moskvanın açıq şəkildə məğlubiyyətinin şahidi olacaq: “Həm Ukrayna, həm dünyanın başqa nöqtələrində Amerika ilə rəqabətdə məğlub olacaq. Bu o demək deyil ki, dünya birqütblü olmalıdır və Amerika istədiyini etməlidir. Sadəcə, Rusiya bu rəqabətə hazır deyil”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya və Bolqarıstan ABŞ-ın Rusiya neft emalı zavodlarına qarşı sanksiyalarını yan keçməyə çalışır
Dünya 23:35
Rumıniya və Bolqarıstan ABŞ-ın Rusiya neft emalı zavodlarına qarşı sanksiyalarını yan keçməyə çalışır
II Qaregin Hindistana yollanıb
Dünya 16:48
II Qaregin Hindistana yollanıb
ABŞ aeroportlarında 900-dən çox reys ləğv edilib
Dünya 12:51
ABŞ aeroportlarında 900-dən çox reys ləğv edilib
Rusiya vətəndaşlarına çoxgirişli vizaların verilməsi qadağan edilib
Dünya 09:52
Rusiya vətəndaşlarına çoxgirişli vizaların verilməsi qadağan edilib
ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Dünya 09:04
ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Aİ Rusiya və Çindən gələn dezinformasiya ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq
Dünya 08:59
Aİ Rusiya və Çindən gələn dezinformasiya ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq
Türkiyədə ticarət mərkəzində yanğın baş verib
Dünya 08:55
Türkiyədə ticarət mərkəzində yanğın baş verib
Türkiyə Netanyahunun həbsinə order verib
Dünya 22:31
Türkiyə Netanyahunun həbsinə order verib
ABŞ-ın PUA əleyhinə sistemləri Polşaya çatdırılıb
Dünya 22:10
ABŞ-ın PUA əleyhinə sistemləri Polşaya çatdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol