• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

"Uşaq bağçalarında yoxlamalar davam edir" - Qoşqar Təhməzli

29.05.2020 10:28
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə fəaliyyət göstərən 1600-ə yaxın uşaq bağçasından 500-dən çoxunda lazimi audit və monitorinq tədbirləri həyata keçirib".

Anews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli deyib.

Agentlik sədrinin sözlərinə, hazırda uşaq bağçalarında yoxlamalar davam edir:
"Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik".
Qoşqar Təhməzli onu da bildirib ki, hər il olduğu kimi bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət ediləcək.

O əlavə edib ki, Səhiyyə Nazirliyi uşaq bağçaları və məktəblərdə uşaqlar üçün olan qida rasionunun hazırlanması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edib: "Təklif olunan qida rasionunda uşaq bağçalarında və məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib. Hökumət təklifləri təsdiq etdikdən sonra həmin qidaların nə qədər təhlükəsiz olduğuna baxacağıq".

AQTA sədri eyni zamanda qeyd edib ki, tövsiyə üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlanıb və ictimaiyyətə açıqlanacaq: "Yaşıl vərəqələrdə uşaqlara hansı qidalara tamamilə icazə verilməli olduğu qeyd edilib. Sarı vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edir. Qırmızı vərəqələrdəki qidalar isə qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar AQTA-nın mövqeyidir".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol