• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02187
  • ₺ 0.0393
  • £ 2.2844

Azərbaycanda altı vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda altı vəzifəli şəxs işdən çıxarıldı
11.09.2019 12:14
Bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və əmək müqavilələrinə xitam verilib.
Anews.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib. 
Onun sözlərinə görə, bəzi hallarda təhsildə qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir:

"Bir il bundan əvvəl keçirilən analoji konfransda bu istiqamətdə olan məsələnin üzərində çox dayanmadım. Bu məsələlərin növbəti tədris ilərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edirəm. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqin tapıb" .
Nazir bildirib ki, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və üç nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərləri işlərində verdiyi nöqsana görə intizam tədbirləri tətbiq edilib:
"Nöqsanlara görə səkkiz nəfər məktəb direktoru, altı nəfər direktor müavini müqaviləsinə xitam verilib. 29 nəfər direktor və 37 nəfər direktor müavini intizam tədbirləri tədbiq edilib.

80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə əmək müqaviləsinin uzadılması barədə qərara alınarkən davamlı şəkildə nəticələrin aşağı olması onların müqavilələrin uzadılmamasına qərar verilib.
Yeddi hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".(oxu az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis “Büdcə sistemi haqqında” qanuna yeni maddə əlavə edib
Siyasət 12:10
Milli Məclis “Büdcə sistemi haqqında” qanuna yeni maddə əlavə edib
Parlamentdə Böyük Qayıdışla bağlı ictimai dinləmə keçiriləcək
Siyasət 09:55
Parlamentdə Böyük Qayıdışla bağlı ictimai dinləmə keçiriləcək
Əliyev və Paşinyan Davosda bir araya gəldi
Siyasət 23:57
Əliyev və Paşinyan Davosda bir araya gəldi
İspaniyanın Deputatlar Konqresinin sədri Azərbaycana səfərə gəlib
Siyasət 22:25
İspaniyanın Deputatlar Konqresinin sədri Azərbaycana səfərə gəlib
Türkiyə prezidenti Ərdoğan İranın işlərinə müdaxilə ssenarilərini dəstəkləmədiklərini bildirib
Siyasət 21:36
Türkiyə prezidenti Ərdoğan İranın işlərinə müdaxilə ssenarilərini dəstəkləmədiklərini bildirib
Prezidentin sosial şəbəkə hesablarında İsveçrəyə səfərindən görüntülər paylaşılıb
Siyasət 20:14
Prezidentin sosial şəbəkə hesablarında İsveçrəyə səfərindən görüntülər paylaşılıb
Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşdü
Siyasət 18:55
Sahibə Qafarova NATO Baş katibinin müavini ilə görüşdü
İlham Əliyevlə Donald Tramp arasında Davosda geniştərkibli görüş keçirilir-Yenilənib
Siyasət 16:57
İlham Əliyevlə Donald Tramp arasında Davosda geniştərkibli görüş keçirilir-Yenilənib
Deputat: İlham Əliyevə Nobel Sülh mükafatı verilməlidir
Siyasət 16:44
Deputat: İlham Əliyevə Nobel Sülh mükafatı verilməlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol